Müdafiə Nazirliyi məlumat yaydı - Ermənilər təxribata əl atıb
15 fevral, 2022 21:02
Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb.