"Köçəryanın fəallaşması, Kəlbəcər istiqamətində avtomobil karvanına hücum..." - Nə baş verir?

18 fevral, 2022 22:38

"Biz Ermənistanda cinayətkar Robert Köçəryanın fəallaşmasını müşahidə edirik. Hesab edirəm ki, onun üçün gələcək o qədər də xoş olmayacaq. Zənnimcə, onunla bağlı məhkəmə prosesi gedir və onun həbs olunma ehtimalı var. Bu səbəbdən də fəallaşıb".

Bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Professorun sözlərinə görə, müşahidələr deməyə əsas verir ki, Köçəryan təsadüfən fəallaşmır:

"Düzdür onunla bağlı məhkəmə prosesi də var. Amma diqqət edəndə görürük ki, Robert Köçəryanın fəallaşması, Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobil karvanının qarşısının ermənilər tərəfindən dayandırılması, bundan öncə, rus sülhməramlıların Azərbaycan yük avtomobillərini yoxlayarkən orada separatçının peyda olunması paralel gedir. Başqa sözlə, bütün bunlar eyni yerdən qidalanır. Əlbəttə, bunu nəzərə almağımız vacibdir. Onların ilhamvericisi Rusiyadadır, Moskvadakı ermənipərəst qüvvələrdir".

Professor qeyd edib ki, belə bir məqamda Azərbaycan tərəfi də müəyyən addımlar atmalı olacaq:

"Çünki proseslər əndazəni aşmamalıdır. Azərbaycanın səbri bir yerə qədərdir. Hesab edirəm ki, artıq Moskva ilə açıq danışmağın zamanı çatıb. 10 noyabrda imzalanan üçtərəfli sazişin müddəaları yerinə yetirilməlidir. Başqa cür ola bilməz. Bu mənada Azərbaycan Rusiya ilə açıq müzakirələr aparmalıdır. Aydındır ki, Azərbaycan prezidenti hər şeyi dəqiq ölçüb-biçmək imkanlarına malikdir. Son 44 günlük müharibə bunu ortaya qoyub. Bu mənada Azərbaycan da durmayıb, müəyyən addımlar atır. Yeri gəlmişkən, bu yaxınlarda məlumat yayıldı ki, Azərbaycan tərəfi separatçı Araik Arutyunyanı ələ keçirmək niyyətindədir. Bu göstərir ki, bizdə də müəyyən iş aparılır. Amma rus sülhməramlıların fəaliyyəti sözsüz ki, müsbət qarşılana bilməz və bu narahatlıq onların rəhbərlərinə çatdırılmalıdır".

Politoloq bildirib ki, əslində vəziyyəti gərginləşdirməyə çalışan erməni separatçılarının müharibə aparmaq üçün imkan və resursları sıfırdır:

"Görünür, onlara belə tapşırıq verilib. Bu, yaxşı əlamət deyil. Onlar bilirlər ki, hər tərəfdən Azərbaycan ordusunun mühasirəsindədirlər".(teleqraf.com).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR