Niyə Rusiya Qarabağda hərbi uğur qazanmağa imkan verən yüksəklikləri götürməyə çalışır?

18 fevral, 2022 22:47

“Rusiya hərbi kontingentinin Azərbaycanın suverenliyini təhdid edən davranışları təsadüfi deyil və birbaşa Kreml- Putin tərəfindən idarə olunur…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) olaraq yerləşdirilmiş və rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingenti  iki gündür ki, inzibati ərazi bölgüsü baxımından  Laçın və Şuşa rayonlar  ərazisilərinin kəsişməsində yerləşən Sarıbaba(2295 metr) yüksəkliyinə patrul xidməti təşkil edir. Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti” bölməsində 15-16 fevral tarixlərində təqdim edilmiş sözügedən kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdən bəlli olur. 

Görəsən, 10 noyabr razılaşmasına əsasən  Sarıbaba yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin, yoxsa Rusiya hərbi kontingentinin  nəzarətində qalmalıdır? Fevralın 16-da səhər saatlarından mövzu ilə əlaqədar müraciət etdiyimiz  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bizə  məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi vəd edilsə də, bu günədək heç bir cavab yoxdur.

Mövzu ilə bağlı moderator.az-ın suallarını cavablandıran tanınmış Qarabağ qazisi keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşayev bunları söyləyib.

“Bildiyiniz kimi, Sarıbaba kəndi Şuşa rayonuna məxsusdur. Sarıbaba dağının da xeyli hissəsi Şuşa rayonu ərazisi hesab olunur. Eyniadlı yüksəkilik də adətən Şuşaya aid edilib. Amma bunun o qədər əhəmiyyəti yoxdur. Sarıbaba yüksəkliyi Laçın dəhlizi ərazisinə də daxil edilə bilməz. Çünki uzaq məsafədədir. Açığı, mənim də həmin yüksəkliyin Azərbaycan ordusunun nəzarətində olmaması haqda dəqiq məlumatım yoxdur. Amma bütün  hallarda çox vacib  suallar meydana çıxır: Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti strateji Sarıbaba yüksəkliyində nəyə görə patrul xidməti həyata keçirməlidir?  Və ümumiyyətlə, nə üçün bu “sülhməramlı” adlanan  birlik Laçında da, Şuşada da, Kəlbəcərdə də, Tərtərdə də hərbi cəhətdən strateji sayılan və uğur qazanmağa imkan verən yüksəklik və məntəqələri ələ keçirməyə çalışır. Əgər onlar sülhməramlıdırsa.. Hərbi cəhətdən strateji yüksəkliklər hücum edən, yaxud müdafiə olunan tərəf üçün əlverişli mövqelərdir. Sülhməramlı nə hücum etmək,  nə də müdafiə olunmaq missiyasını yerinə yetirməli deyil. Deməli, belə çıxır ki, bunlar ya separatçı və terrorçu  ermənilərlə birgə Azərbaycan ordusuna hücum etmək, ya da erməniləri müdafiə etmək məqsədi güdürlər”. 

Polkovnik hesab edir ki, Rusiya hərbi kontingentinin Azərbaycanın suverenliyini təhdid edən davranışları təsadüfi deyil və birbaşa Kreml- Putin tərəfindən idarə olunur.

“Konkret deyilən məsələyə gəldikdə, burada siz qeyd etdiyiniz kimi,  Sarıbaba yüksəkliyinin Laçın “dəhlizi”nə alternativ yolun keçdiyi ərazilər üçün strateji məntəqələrdən biri olduğundan Rusiya hərbçilərinin gələcək üçün orada möhkəmlənməyə çalışması da mümkündür.

Bilirsiz, 10 Noyabr razılaşmasından bəri keçən dövrdə Qarabağdakı və Laçın ərazisindəki Rusiya hərbi birləşmələrinin funksiyalarına uyğun olmayan qeyri-adekvat davranışları, xəritələrində yol verdikləri “xətalar”, Xankəndini “Stepanakert” adlandırmaları, Suqovuşanı “Madagiz” kimi xəritələrinə daxil etmələri və s. hansısa komandirin səhvi və ya əməkdaşın “texniki xətası” deyil, hər şey birbaşa Putinin cızdığı plan üzrə gedir”- deyə keçmiş alay komandiri vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR