Nəcməddin Sadıkovun zirehli maşını - Bu “Toyota”dan ölkədə nə qədərdir və neçəyədir?

19 fevral, 2022 15:07

Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, ehtiyatda olan general Nəcməddin Sadıkovun Bakıda qəza törətməsi olayında maraqlı bir detal var. Sadıkovun idarə etdiyi Az 90 AS 020 nömrəli, “Toyota Land Cruiser” markalı avtomobillə “Toyota Prius” markalı avtomobilin toqquşmasından sonra bəlli olub ki, sabiq rəisin maşını zirehlidir.

Maraqlıdır belə zirehli avtomobillər neçəyidi və ölkədə onlardan nə qədər var? İstefada olan generalın zirehli maşında gəzməsinə rəylər necədir?araqlıdır belə zirehli avtomobillər neçəyidi və ölkədə onlardan nə qədər var? İstefada olan generalın zirehli maşında gəzməsinə rəylər necədir?

Ondan başlayaq ki, Nəcməddin Sadıkov zirehli maşını hansı pulla alınıb sualı da artıqdır. Vəzifədə olduğu dönəmdə adı büdcə vəsaitlərinin külli miqdarda mənimsənilməsi olaylarında təkrar-təkrar hallanıb.

Onun yüz belə avtomobil almaq imkanına sahib olması da təəccüblü olmamalıdır. Ordudakı zirehli döyüş maşınlarının pullarının hara getməsini bilmək üçün Nəcməddin Sadıkovun sürdüyü maşının dəyərinə diqqət etmək kifayətdir. Zirehli maşınların bazar qiyməti 200 min dollardan başlayır və 2-3 milyon dollara qədər ola bilir.

Məsələn, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, həbsindən az əvvələ qədər “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dəyəri 1 milyon 200 min dollar olan “Mercedes G63 AMC İNCAS” zirehli avtomobildə gəzirdi.

Musavat.com-un məlumatına görə, Azərbaycanda ilk dəfə zirehli maşından mərhum dövlət başçısı Əbülfəz Elçibəy istifadə edib. Vəzifədən getdikdən sonra isə sözügedən maşın mərhum prezident Heydər Əliyevin istifadəsinə verilib. Hazırda əksər nazirlər də təhlükəsizlik məqsədilə belə maşından istifadə edirlər. İş adamlarından isə “Azersun Holdinq”in prezidenti Abdolbari Gozelin xidməti maşınının zirehli olduğu bildirilir.

Nəcməddin Sadıkova gəlincə, o, 2009-cu ilin fevralından bu yana zirehli maşında gəzir. Həmin il müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev qətlə yetiriləndən sonra o zaman Müdafiə Nazirliyi Baş Qərargahının rəisi postunda olan Nəcməddin Sadıkov özünə “BMW” markalı zirehli maşın alıb.

Zirehli maşınlar təhlükəyə qarşı müqavimət dərəcəsinə görə üç qrupa bölünür: V4, V6 və V7.

V4 qrupuna daxil olan zirehli avtomobillər 44 kalibrli silahdan açılan atəşə dözümlüdür. Bu kateqoriyadan olan maşınlar adətən qarət və xuliqanlıqdan qorunmaq üçündür. V6 və V7 mühafizə dərəcəli zirehli maşınlar isə adətən sui-qəsd və terror hadisələrindən uğurla çıxır. Bu tipdən olan zirehli maşınlar ardıcıl atılan 2 qumbaraatan mərmisinə dözür.

İlkin istehsalda zirehlənmiş maşınlarla yanaşı, sonradan sifarişlə yığılan zirehli maşından da istifadə edilir. Bu zaman yığılan maşının çəkisi 1.5 tona qədər ağırlaşır. Ağır zirehli maşında şüşənin qalınlığı isə 46 mm olur.

Zirehlənmiş, V4 sistemi ilə qorunan “Audi”nin qiyməti 165 min avrodur. Nəcməddin Sadıkovun istifadə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil V6/V7 qoruma səviyyəlidir, qiyməti isə 590 min avrodur. Zirehlənmiş “Mercedes S-Class” isə 570 min avrodur. Azərbaycanda zirehli maşınların istifadəsinə dair qanunla hər hansı bir rəsmi qadağa yoxdur. Bununla belə, Azərbaycanda zirehli maşınlara xüsusi nəzarət var. Bu tip maşınlar ölkəyə sifariş əsasında, qeyri-rəsmi razılıq əsasında gətirilir...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR