Üzr videolarını yaymaq doğrudurmu? - Hüquqşünas rəyi

19 fevral, 2022 15:10

Son dövrlərdə müxtəlif hüquq pozuntularına yol vermiş şəxslərin üzr videolarının yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu addım insanların hüquqlarının pozulması kimi qiymətləndirilir.

Vətəndaşların üzr videolarını yaymaq hüquqi baxımdan doğrudurmu?

Bu barədə modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, inzibati xəta törətmiş şəxslərin sosial şəbəkələrdə və televiziyalarda üzr istəməsinin nümayiş olunması başadüşülən deyil:

“Vətəndaş törətdiyi inzibati xətaya görə məhkəmə tərəfindən və ya digər qurumlar tərəfindən cəzalandırılır, bu cəzadan əlavə onların mətbutda üzr videolarının yayımlanması vətəndaşın fundemental hüquqlarının pozulmasıdır. Cinayət işlərində yanaşma fərqlidir, təqsirləndirilən və şübhəli şəxs qismində olan şəxslərin dindirilməsi zamanı onların özünə və vəkilinə elan, xəbərdarlıq etməklə müəyyən çəkilişlər aparıla bilər, bu da istintaq üçün lazımdır. İstintaq çəkilişlərinin ictimailəşməsi qanunla qadağan olunur. Çünki istintaq sirri deyilən bir anlayış var, o zaman istintaq sirri pozulmuş hesab olunur. Şahidlərin dindirilməsini əks etdirən çəkilişin aparılması isə ümumiyyətlə qadağandır”.

Ç.Qənizadə qeyd edib ki, cinayət törətmiş şəxslərin yalnız fotoşəkilləri istisna hallarda tirajlana bilər:

“Bu halda ki, həmin şəxs tərəfindən digər cinayətlərin törədilməsi ehtimalı var və digər zərərçəkənlərin də tapılması, istintaqa dəvət edilərək zərəçəkən kimi tanınması üçün fotoşəkillər göstərilə bilər. Son dövrlərdə nə baş verirsə, birmənalı olaraq istər inzibati, istər cinayət törədən şəxslərin telekanallar vasitəsilə çəkilişi aparılır, mətbuata, cəmiyyətə göstərilir. Bu kimi hallar insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Cinayətin sübut edilməsi üçün onun əməlinin ictimailəşməsinə ehtiyac yoxdur. Vətəndaş deyə bilər ki, bunu etmişəm. Ancaq sonradan məlum olar ki, o digər cinayətini gizlətmək üçün daha yüngül cinayəti boynuna götürür. Çəkilişlər önəmli deyil, ancaq çəkilişlərin ictimailəşməsində bir vətəndaşın hüquq və azadlıqlarının qorunması prinsipini rəhbər tutmalıyıq və hər bir cinayət törədən şəxs inzibati xətalar törədən şəxslərin tutulub, telekanallara çıxarılması və yaz üzr istədilməsi qanunla qadağan olunur”.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Bakıda yolu bağlayan TIR sürücülərinin müzakirələrə səbəb olan üzr videosu onlar tərəfindən lentə alınmayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR