Qızına 400 minlik toy etdi, işdən çıxarıldı, amma... - Qüdrət Şükürov nə iş görür?

19 fevral, 2022 15:22

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürov vəzifəsini itirsə də, bu sahədə fəaliyyətini davam etdirir. 

"Azsiyaset" xəbər verir ki, Qüdrət Şükürovun lift sahəsi üzrə ixtisaslaşmış şirkəti var. Həmin şirkətin adı "Lifttexmontaj” MMC-dir. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Lifttexmontaj” MMC 3 mart 2010-cu ildə təsis edilib. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Bəhruz Nuriyev küçəsi, ev 55, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürov Namiq Balaməmməd oğludur. 

Namiq Şükürov Qüdrət Şükürovun qardaşıdır. Görünür, şirkət yaradılanda Qüdrət Şükürov vəzifədə olduğu üçün MMC-nin qanuni təmsilçisi kimi qardaşının adını qeyd edib.

"Lifttexmontaj” MMC-nin adı dövlət satınalmalarında da keçir. Məlum olur ki, şirkət 2019-2020-ci illərdə ümumi maliyyə dəyəri 201 828 AZN təşkil edən 3 satınalma müsabiqəsinin qalibi olub. Müqavilələr Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi, "1 saylı Bakı DOST Mərkəzi” Publik Hüquqi Şəxsi və Lənkəran Şəhər İcra Hakimiyyəti ilə bağlanıb.

Qüdrət Şükürov 2018-ci ildə tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının səbəbi kimi qızına dəbdəbəli toy etməsi göstərilir. Həmin vaxt yayılan məlumatlarda bildirilir ki, Qüdrət Şükürovun qızın toy xərci 400 min manat təşkil edib. İctimai müzakirələrə səbəb olan bu hadisə sonda Qüdrət Şükürovun işdən çıxarılması ilə nəticələnib. 

O, vəzifəsini itirəndən sonra "Lifttəmir” İstehsalat Birliyindəki mənimsəmələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. 

Ayrıca Qüdrət Şükürova qarşı da  Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. 

"Lifttəmir” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "Baklift-1” və "Baklift-2”nin rəhbərləri həbs edilib. Qüdrət Şükürov barəsindəki cinayət işinin nəticəsi barədə isə hər hansı məlumata rast gəlinmir.(qaynarinfo.az)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR