Qafan merindən etiraflar - "Daha nədən imtina edə bilərik?"

20 fevral, 2022 00:35

İranı Ermənistanla birləşdirən alternativ yol bu gün yük maşınları üçün keçilməzdir.

Bunu Ermənistanın NEWS.am müxbirinə müsahibəsində Qafan şəhərinin meri Gevorq Parsyan deyib.

“Bizim İrandan Ermənistana gedən iki yolumuz var idi, biri Vorotandan (Şahverdilər- red), digəri alternativ isə Tatev yolundan keçirdi, indi sonuncu istifadə etmək imkanımız olan yeganə yoldur. Artıq demişəm, indi də təkrar edirəm: Tatev alternativ yolu yük maşınları üçün çətin yoldur. Yük maşınları üçün real təhlükə yaradan hissələri var, deyəsən, indi dolama alternativ yol çəkilir. Bunlar Tatev-Ltsen avtomobil yolu və Verin Xotanan kəndinin dolama yoludur”, - Parsyan bildirib.

Qeyd edək ki, alternativ yolun tikintisi hələ başa çatmayıb və Ermənistana daxil olan yük maşınları çox vaxt yolda, palçıqda batıb qalır

Parsyan çətinliklərə baxmayaraq, Şahverdilərdən keçən əsas yolun erməni nəzarətinə qaytarılmasını mümkün hesab edir. Yada salaq ki, o, müharibədən sonra – şifahi razılaşma nəticəsində Azərbaycana təhvil verilib.

"Hər şey mümkündür, yalnız iradə, istək və düzgün siyasət lazımdır, düşünürəm ki, hər şey mümkündür", - deyə mer bildirib.

Qafan yaxınlığında mövqelərini yenidən itirəcəyi ilə bağlı mətbuatda yayılan məlumatlara toxunan Parsyan bildirib ki, onda belə bir məlumat yoxdur. “Bizim heç bir mübahisəli zonamız yoxdur ki, ondan imtina edək. Başqa nədən imtina edə bilərik? Başqa heç nədən. Güzəştlər olarsa, biz yaşayış məntəqələrimizdən imtina etməli olacağıq”, - deyə Parsyan bildirib.

O, həmçinin Qafan yaxınlığında təhlükəsizlik zonasının yaradılmasının vacibliyini qeyd edib. “Düşmənin Qafanla yaxın məsafəsi artıq təhlükədir. Belə olan halda Azərbaycan qoşunlarının çıxarılması ilə təhlükəsizlik zonasının yaradılması çox vacibdir, çünki onlar yaşayış məntəqələrimizə birbaşa problemlər yaradırlar. Mən qoşunlarımızın çıxarılmasını təsəvvür edə bilmirəm. Belə olan halda, yalnız Azərbaycan qoşunları çıxarılmalıdır, çünki onlar yaşayış məntəqələrimiz üçün birbaşa təhlükədir”, - deyə o, yekunlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR