"Yenə də o mərhələdəyik ki, Qarabağ məsələsi sanki bizim üçün ikinci dərəcəlidir" - Fazil Mustafa

21 fevral, 2022 22:57

"Azsiyaset" Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Fazil bəy, Qarabağda son vaxtlar separatçıların fəallaşması müşahidə edilir. Onları indiki halda bu cür addımlar atmağa nə vadar edir?

- Erməninin başı bir də əzilməlidir ki, yenidən sarsaq ideyalardan danışa bilməsinlər. Faktiki olaraq Qarabağdakı terrorçuların, separatçıların qalıqlarına qarşı siyasətimizi formalaşdırmalıyıq. Bu istiqamətdə addımlarımızı intensivləşdirməliyik. Nikol Paşinyan erməni auditoriyası üçün müəyyən məsələləri dilə gətirə bilər. Onun bu mövzuda boş-boş danışması heç bir əhəmiyyət kəsb etmir. Sözsüz ki, Qarabağda hansısa bir oyuncaq qurumun mövcud olmasına Azərbaycan tərəfindən imkan verilməyəcək. Onlar bunu da yaxşı bilir. Bu məsələdə biz erməni tərəfinin söylədiklərinə deyil, özümüzün etdiklərimizə diqqət yetirməliyik.

- Effektiv addımları nədə görürsünüz?

- Biz, onların ideyalarını darmadağın etməliyik. Ermənilərə faktiki olaraq heç bir imkan tanınmamalıdır ki, onlar hər hansı şəkildə iddialarla çıxış etsin. İlk növbədə Ermənistanla sərhədlər müəyyənləşməlidir. Bundan başqa Laçın dəhlizi məsələsi də gündəmə gətirilməlidir. Laçın dəhlizinə Azərbaycanın nəzarəti həyata keçirməlidir. Bunun əksinə olan hallar ermənilərin iddia etdikləri “birləşmə ideyası” gerçəkləşməsi deməkdir. Buna imkan vermək olmaz. Çünki bütün hallarda ermənilər bu yoldan istifadə edib Azərbaycan daxilində həmin o problemləri alovlandıracaq. Eyni zamanda soydaşlarımızın artıq o ərazilərə köçürülməsi məsələsi qısa zamanda həll edilməlidir. Ora daha çox hərbçi, insanların köçürülməsinə imkan yaradılmalıdır.

- Sizcə, cəmiyyətin bu məsələdə rolu nə dəcədə vacibdir?

- Cəmiyyətin də bu məsələdə səfərbərliyi hiss olunmalıdır. Bununla da o bölgələrdə bizim mülki, hərbi mövqelərimizin daha da möhkəmlənməsinə nail olmaq olar. O bölgənin insanlarının əlində müəyyən dərəcədə imkanlar olmalıdır ki, istənilən erməni təxribatına adekvat reaksiya vermək mümkün olsun. Problemin kökündə məhz bunlar dayanmalıdır. Daxildəki müəyyən məsələlərlə başımız qatmaqla bu prosesdən uzaqlaşmaq olmaz.

- "Qarabağ" futbol klubumuzun "Marsel"lə səfər qarşılaşmasında Azərbaycan bayrağının fransız rejjisorların göstərməməsini ermənilər özü üçün “qələbə” hesab etdilər. Sizcə, son zamanlar ermənilərin bu cür xırda məqamlardan ruhlanması nə ilə izah oluna bilər?

- Biz indi ermənilərin addımlarını bir kənara qoymalıyıq. Azərbaycan cəmiyyətində biz yenə də o mərhələdəyik ki, Qarabağ məsələsi sanki bizim üçün ikinci dərəcəlidir. Halbuki ölkənin bütün siyasi qüvvələri, düşünən adamları bu məsələyə daha çox diqqət yönəltməli və bu məsələlərin müzakirəsində iştirak etməlidir. Ona görə də, Marseldə futbol oyunu zamanı hansı bir bayrağın asılması bizi qətiyyən narahat etməməlidir. Marsel tipik bir erməni şəhəridir. Bir neçə başdan xarab erməni hansısa bir bayraq qaldıracaqsa, sırf hədəflərimizi də bunların üzərində qura bilmərik(teleqraf.com). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR