Bakıdakı bu taksi şirkətlərinin arxasında ermənilər dayanır... - ADLAR

24 fevral, 2022 00:33

"Taksi fəaliyyəti sahəsindəki qarmaqarışıqlığa, xaotik vəziyyətə son qoymaq üçün ilk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik”.

"Azsiyaset" xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında avtomobil eksperti Elməddin Muradlı paytaxtda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün hansı addımların atılmasının vacibliyindən danışarkən deyib:

"Ölkədə taksi fəaliyyətilə bağlı xaotik vəziyyət hökm sürür. Belə vəziyyətin yaranması isə ağır sosial durum və fəaliyyətin tənzimlənməsilə bağlı mexanizmin olmaması ilə bağlıdır. Ona görə də iş tapa bilməyən sürücülər taksi fəaliyətində olan boşluqdan yararlanaraq avtomobilləri ilə taksi fəaliyyətinə çıxırlar. Bir sıra hallarda şəxsi avtomobillərilə hərəkət edən insanlar da taksi fəaliyyətilə məşğul olur. Belə ki, səhər işlədiyi məkana gedən və axşam işdən çıxan zaman sürücülərin bəziləri də müəyyən məbləğ müqabilində avtomobilləriylə sərnişin daşıyırlar. Yəni onlar da özlərini taksi sürücüsü adlandırırlar. İlk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik”.  

Həmsöhbətimiz qeyd edir ki, taksi fəaliyyətiylə bağlı konsepsiya da müəyyənləşməlidir: 

"Burada taksi sürücüsünün etik davranış qaydaları, küçə və yolları bilmək səviyyəsi, vətəndaşla ünsiyyət, avtomobilin vəziyyəti, xidmət keyfiyyətini ölçmək və şikayətlərin qəbulu üçün vətəndaşların müraciət edə biləcəyi qaynar xətt və s. əks olunmalıdır. Avtomobilin rəngi məsələsi də əhəmiyyətlidir. İstənilən rəngli avtomobillə taksi xidməti göstərmək olmaz”. 

E.Muradlı düşünür ki, istənilən şəxsi taksi sürücüsü kimi qəbul etmək olmaz: 

"Peşəkar taksi sürücülərini önə çəkməli, onlara münasibətdə müəyyən güzəştlər olmalıdır. Taksi şirkətləri qarşısında da məsuliyyət qoyulmalıdır ki, hər yoldan keçənin ora cəlb olunmasının qarşısı alınsın. 50-60 minlik maşınla taksi fəaliyyətinə çıxan tərbiyəsizlər prosesdən uzaqlaşdırılmalıdır. Taksi şirkətlərindən Yandeks, Uber, Makmin arxasında erməni iş adamları dayanır. Ona görə də sərt qaydalar tətbiq etməklə prosesi tezliklə tənzimləməliyik”. 

Qeyd edək ki, Baş nazir Əli Əsədovun "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamına əsasən paytaxtda taksi fəaliyyəti yeni qaydada təşkil olunacaq. Bununla bağlı təkliflər 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməlidir. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR