Brüsseldə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

25 fevral, 2022 12:43

Fevralın 24-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı fotosərgi və tədbir keçirilib.

Tədbirin medaratoru Belçika Türkcə Media Birliyinin rəhbəri Hüseyn Dönməz tədbiri Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqqəlik sükutla açaraq, bildirdi ki, 30 ildir bu soyqırımın bütün dünyada tanıdılması üçün Azərbaycan və Türk diasporaları birgə mübarizə aparırlar. Bir çox ölkələrdə artıq Xocalıda ermənilərin törətdikləri bu vəhşiliklər soyqırım olaraq tanınmaqdadır.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi tədbiri giriş sözü ilə açaraq, qeyd etdi ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı uzun illərdir ki, sistemli şəkildə fəaliyyət göstərilir: “Bizim təşkilat da bu soyqırımın tanıdılmasını özünün əsas vəzifələrindən biri hesab edib. ATXƏM-lə bu istiqamətdə artıq on ilə yaxındır ki, birgə layihələr həyata keçirmişik, Brüssel Avropanın siyasi mərkəzi hesab olunur. Hesab edirik ki, bu cür tədbirlərin burada keçirilməsi olduqca vacibdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”.

ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, rəhbərlik etdiyi qurum Xocalı soyqırımın tanıdılması üçün uzun illərdir ki, Avropanın siyasi mərkəzləri hesab olunan Brüssel, Haaqa, Strasburq kimi şəhərlərdə birgə silsilə tədbirlər həyata keçirir: “Hesab edirik ki, bu cür tədbirlər mütamadi təşkil olunmalıdır. Artıq biz dünyanın əksər dövlətlərində Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatlar da çatdıra bilmişik. Tarixdə baş verən bu qətliamı, soyqırımı törədənlərin cəzalandırılması, onu törədən xalqın hər kəs tərəfindən tanıdılması dünya tarixi üçün də önəmlidir. Biz Brüsseldə Xocalı soyqırımı ilə bağlı bir çox tədbirlər, Avropa Parlamenti, Avropa Komissiyası önündə mitinqlər keçirmişik. Lakin bu il bir qədər fərqlidir. Biz 44 günlük Vətən müharibəsində bu soyqırımı törədən qatil Ermənistan ordusunu işğal etdikləri torpaqlarımızın böyük hissəsindən qovub çıxara bilmişik, onları ağır məğlubiyyətə düçar etmişik. Bu müharibə dövründə Azərbaycan xalqı Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşdi, bütün dünyada yaşayan xalqımızın bu birliyi İlham Əliyevin dəmir yumruğunda təcəlli edərək, Ermənistan ordusunun, Xocalı soyqırımını törədənlərin başına endirildi. Bu gün Təskinliyimiz var ki, Xocalı soyqırımı qurbanlarının qisasları alınıb, soydaşlarımıza qarşı törədilən bu qətliama layiqli cavab verilib. Ona görə də bu günkü tədbir əvvəlkilərdən çox fərqlənir. Biz indi bu tədbirlərdə alnıaçıq otura bilirik. Lakin bu soyqırımı törədənlər ədalət məhkəməsi qarşısında mühakimə olunmalı, beynəlxalq qanunlarla yarğılanmalıdırlar. Erməni xalqı törətmiş olduğu Xocalı soyqırımını öz tarixlərində, bəşəriyyət qarşısında bir ləkə olaraq daşımalıdırlar”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərə diqqət çəkdi. O, qeyd etdi ki, bu prosses uzun illərdir sistemli şəkildə aparılmaqla, həm də dövlət siyasətimizin tərkib hissəsinə çevrilib: “On ildən çoxdur ki, Heydər Əliyev Fondunun vitce-prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kompaniyası Xocalı həftəsində bütün dünya gündəminə oturur. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il təqdim etdiyi layihələrdə bu soyqırımın tanıdılması işinə xüsusi həssaslıqla yanaşır, bu cür layihələri dəstəkləyir. Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri, diaspor təşkilatlarımız birgə fəaliyyət sərgiləyərək bu prosesi uğurla həyata keçirirlər. Hesab edirəm ki, bu fəaliyyətlərin nəticəsidir ki, dünyanın bir çox ölkələri, parlamentləri Xocalıda baş verənləri soyqırım olaraq qəbul ediblər”.

Daha sonra tədbir interaktiv şəkildə davam edib. Tədbirdə iştirak edən  İYİ partiyanın Belçika təmsilçisi İbrahim Şahbaz, iş adamı Zəki Yalçın, Gent Türk Ocağının nümayəndəsi Haluk Sarı, İrak Türkmənlərinin Avropa Birliyi təmsilçisi Atilla Kalandar, CHP Belçika təmsilçisi Aslan Onur, İYİ partiya Belçika təmsilçiliyinin nümayəndəsi Muhammed Açıker çıxış edərək, öz fikirlərini səsləndirib, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycandakı və bölgədəki vəziyyətlə maraqlanıblar. Tədbir iştirakçıları  Qarabağ bölgəsinə və Şuşaya ziyarəti ən böyük xəyalları olaraq bildiriblər.

Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı Brüssel və Haaqa şəhərlərində təşkil olunan tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli Belçikada səfərdədir.

Zaur Hacılı
Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR