"Adam utanır deyə ki, bizim öz səfirliyimiz kömək etmir, siz edin" - Ukraynada azərbaycanlı

26 fevral, 2022 10:47

43 yaşlı Azərbaycan vətəndaşı Fərid Abbasov hazırda Ukraynanın Odessa şəhərindədir. O, 8 aydır ki, burda yaşayır.

Ukraynada tikinti biznesi ilə məşğul olan Fərid Abbasovun müharibə başlayandan dərhal sonra 3 uşağı və xanımı ilə birgə Odessanı tərk etmək cəhdi alınmayıb.

O, fevralın 24-də gurultu səsinə oyandığını və yaxınlıqlarına bomba düşdüyünü anlayıb: "Sonra da xəbərlərdə gördüm ki, doğrudan da yaxınlığa bomba düşüb. Səhər marketdə, bankomatın qarşısında uzun növbələr var idi. Bankomatlarda pul limiti tez vaxtda doldu. Mərkəzi Bank dollar dəyişmə məntəqələrini bağlatdırdı, bankomatda pul limitini azaltdı. İndi bankomatlarda pul tapmaq çətin məsələdi. Fikrim vardı ki, benzin alım, uşaqları götürüb Moldovaya qaçım. Benzin də tapa bilmədim. Dolların dəyəri 10-15 faiz artdı".

BBC News Azərbaycancaya müsahibəsində Fərid Abbasov deyir ki, onlar 8 aylıq uşaqlarına sənəd ala bilmədiklərindən Azərbaycana gedə bilməyiblər.

"Biz uşağı götürüb Türkiyəyə, Moldovaya gedə bilirik, amma Azərbaycana gedə bilmirik, çünki Azərbaycan şəkilli sənəd tələb edir. Bu sənədi də ancaq səfirlikdən ala bilirik. Qaydaya görə, sənədlərimizi verməliydik, 1 aydan sonra almalıydıq və 14 gün ərzində də ölkəni tərk etməliydik. Bizim də işlərimiz var, bilmirdim axı, işimi nə vaxt yoluna qoya biləcəm ki, Azərbaycana gedib qalım".

Fərid Abbasov Azərbaycanın Ukraynadakı səfirliyi ilə heç cür əlaqə saxlaya bilmədiklərini deyir: "Heç kimə zəng edə bilmirik, ya məşğuldu, ya götürən yoxdur. Dünən Cənubi Koreya səfirliyi mənə zəng edib ki - onların işini görmüşdüm, - sizə nə kömək edək. Dedim sağ olun. Adam utanır ey deyə ki, bizim öz səfirliyimiz kömək etmir, siz edin".

Fərid Abbasov hazırda Odessanın bombalanmadığını, bunu da şəhər əhalisinin çoxunun ruslar və ya rusmeyillilər olduğu ilə izah edir: "Burda danışırlar ki, Putin burdakı sakinləri özünə qarşı qəzəbləndirmək istəmir".

O deyir ki, müharibə başlayana qədər nə o, nə də tanıdığı insanlar Rusiyanın Ukraynaya hücum edəcəyinə inanıb: "İki-üç gün əvvələ kimi heç kimin ağlına gəlmirdi ki, belə bir şey olar. Hətta yenicə bir kazinonun tikinti işlərinə başlayırdıq. Hamı işində-gücündə idi".

Sosial şəbəkə hesablarında da Ukraynanın müxtəlif şəhərlərində olduğunu deyənlər var.

F. Məmmədov adlı izləyi Meletopol şəhərindən yazıb: "artıq bir neçə saatdır ki, intensiv artilleriya atəşi səsi gəlir, küçələrdə zirehli texnikalar görünür. Havadan vurulacağımızı deyiblər.".

O həyat yoldaşı ilə birgə gizləndiyi üçün müsahibə vermək istəməyib və izah edib ki, "hər bir səs onlarda böyük həyəcana səbəb olur".

"Bütün digər dövlətlərdən olan şagirdlər evakuasiya olunub, lakin 4 nəfər [azərbaycanlı] tələbə hələ də oradadır".

BBC News Azərbaycancaya daxil olan bu mesajda isə azərbaycanlı tələbələrə dövlət rəsmilərindən, Odessadakı azərbaycanlılardan kömək istənilir.

Mesajda deyilir ki, Odessa şəhərində bir ünvanda qalan 4 nəfər azərbaycanlı tələbə köməksiz vəziyyətdə qalıb. Onların Moldovaya getmək istədikləri deyilir.

"Bütün digər dövlətlərdən olan şagirdlər evakuasiya olunub, ancaq 4 nəfər tələbə hələ də oradadır", bizə gələn mesajda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 24-dən bəri Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciətlər edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib.

XİN bildirib ki, ciddi təhlükə ilə üzləşmiş vətəndaşlar Moldova, Polşa və Slovakiyaya gedə bilərlər. (Linklərdə XİN-in bu barədə tövsiyələri yer alır)

Bundan əvvəl isə XİN bildirib ki, Azərbaycan vətəndaşları xüsusi hallar ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] e-maili, Xarkovdakı fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] e-maili ilə məlumat əldə edə bilərlər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI