"Kiyevdə Rusiya qoşunu yoxdur" - Kliçko
26 fevral, 2022 12:31
“Kiyevdə Rusiya qoşunu yoxdur. Düşmən şəhərə Qostemel və Jitomir istiqamətindən girməyə çalışır”.
Bunu Kiyev meri Vitali Kliçko deyib.
Mer bildirib ki, şəhərdə rus qoşunları yox, diversant qrupları var və onlarla döyüşlərdə 35 nəfər yaralanıb. Onların arasında iki uşaq da var. Kliçko hamını sığınacaqlara çəkilməyə çağırıb, çünki şəhərə aviazərbələr endiriləcəyi gözlənilir.