Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında...

26 fevral, 2022 16:16

Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında rayon barədə dərc olunan yazılara münasibət bildirib.
 
Mövcud internet resurslarında bəzi internet saytlarıreallıqdan kənar, dəqiqləşdirilməmiş və özlərinə sərf edən,yalançı, məkrli və qərəzli maraqlarına xidmət edən informasiyaları yaymaqla, rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə  olunmuş nailiyyətlərinə, görülmüş işlərə kölgə salmağa cəhd göstərirlər.

Bildiririk ki, Goranboy rayon icra Hakimiyyətinin təşkilatçılığı və rayon icra hakimiyyətinin başçısı, Gəncə Regional Mədəniyyət İdarəsi,  Gəncə Regional Qaz İstismarı İdarəsi,  Mingəçevir Regional Elektrik Şəbəkəsi, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsi və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Tibbi–Sosial Ekspertiza və Reabilitasiya şöbəsinin rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin rəhbərlərinin iştirak ilə, 25  fevral 2022-ci il tarixdə  Goranboy şəhərində  Şəhid ailələri və Qazilərinproblem və müraciətlərin dinlənilməsi, bu sahədə operativliyin təmin edilməsi məqsədi ilə görüş təşkil olunmuşdur.

Tədbirdə, aidiyyəti xidmət sahələrinin rəhbərləri tərəfindən  fərdi qaydada Şəhid ailələri və Qazilərin müraciətləri dinlənilmiş, sosial qayğılarının, kommunal təhcizat təminatının, o cümlədən elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu, rabitə, həmçinin müharibə zamanı sağlamlığını itirmiş iştirakçıların əlillik dərəcəsinin təyin edilməsi, veteranlıq və medal təqdimatı  məsələlərinin həlli ilə bağlı qeydlər aparılmışdır.

Tədbirdə iştirak edən bütün Şəhid ailələri və Qazilərimiz bu cür görüşlərin təşkilini və RİH-nin fəaliyyətini yüksək qiymətləndirmiş, Ölkə rəhbəri cənab Prezident İlham Əliyevə məmnunluqlarını bildirmişlər. Qərara alınmışdır ki, bu cür məqsədyönlü qəbullar ayda bir dəfə olmaqla davam etdirilsin.

Bir daha bildiririk ki, bəzi saytlarda yerləşdirilən bu kimi informasiyalar böhtan xarakterlidir, tam əsassızdır. Əslində, bu cür təxribat xarakterli yazılar goranboyluların fikri və münasibəti deyil, kimin və ya kimlərinsə şəxsi, qərəzli yanaşmalarıdır.

Goranboy rayon İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərini əldə rəhbər tutaraq, rayonda siyasi, iqtisadi  və mədəni həyatın bütün sahələrinə  aid dövlət siyasətinin və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasını  təmin edir.

Rayonda görülmüş işlər və reallıqlar, xüsusən də 44 günlük Vətən müharibəsi öncəsi və müharibə dövründə cəbhəboyu yaşayış məntəqələrində və arxa cəbhədə aparılan işlər, Şəhidlərimizin dəfn və yas mərasimlərinin təşkili, Şəhid ailələrinə mənəvi və maddi dəstəyingöstərilməsi, müharibədən sonra Şəhid ailələri və Qazilərin sosial qayğılarının həlli ilə bağlı RİH-nin və Milli Məclisin rayonu təmsil edən deputatlarının birgə fəaliyyəti barədə və digər məlumat və materialları İcra Hakimiyyətinin rəsmi internet (www.goranboy-ih.gov.az), Facebook və İnstaqram (Goranboy rayon Icra Hakimiyyəti) səhifələrindən izləmək və öyrənmək olar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR