"City Garden" niyə çökdü? - Bakıdakı yeni binaların etibarlılığı...

26 fevral, 2022 16:34

Ötən gün paytaxtın Nərimanov rayonun Keşlə qəsəbəsində tikilməkdə olan binalardan birinin çökməsi ilə bağlı məlumat yayıldı. Hadisə “City Garden” layihəsinin inşa olunan binalarından birində baş verib. 

Qeyd edək ki, Nəriman Nərimanov ərazisində 21 hektar ərazidə yeni yaşayış kompleksinin tikintisi bir neçə ay əvvəl başlamışdı. Bu hadisə insanlar arasında narahatlıq yaratdı. Maraqlıdır, yeni tikilən binaların davamlılığına, keyfiyyətinə nə qədər təminat verilir? 

Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev Yenisabah.az-a açıqlamasında deyib ki, baş vermiş hadisədə çox güman geoloji kəşfiyyat işləri aparılmayıb:

“Məsələ ilə bağlı konkret araşdırma aparılmayıb. Araşdırma olsa da düşünmürəm ki, ictimaiyyətə ətraflı məlumat verilsin. Baş verən hadisə ilə bağlı yalnız təcrübəyə əsaslanaraq mülahizələr yürütmək olar. Əslində orada iki əsas məqam var. Binanın hər hansı bir hissəsinin çökməsi onunla bağlıdır ki, orada geoloji kəşfiyyat işləri aparılmayıb. Tikintiyə başlamazdan öncə geoloji kəşfiyyat işləri aparmaq lazımdır. Torpaq qatının tikiləcək bina üçün davamlılığı təsbit olunmalıdır. Əgər geoloji kəşfiyyatın nəticələri müsbət idisə, tikintinin davam etdirmək olardı. Çox güman ki, bu aparılmayıb”.

Ekspertin sözlərinə görə, digər bir məqam tikintidə istifadə olunan materialların normativlərə cavab verməməsidir: “Geoloji kəşfiyyat işləri  aparılıbsa, o zaman tikintidə istifadə olunan armaturların ölçüsündə, sütunların (kolonların) sayının, miqdarının az və ya çox olmasından da ola bilər. Tutaq 5 kolon lazımdırsa, 3-dən istifadə olunubsa, artıq bu tikinti normativlərinə cavab vermir. Bu kimi hallara görə də xoşagəlməz hadisələr baş verir”.

S.Nəbiyev qeyd edib ki, əks tərəf binada məqsədli şəkildə çöküntü olduğunu iddia edir: “Əks tərəf iddia edir ki, binada məqsədli şəkildə çöküntü olub. Orada da iki nəfər xəsarət alıb. Əgər məqsədiniz var idisə, o zaman mütləq şəkildə ərazidən bütün işçilər, kənar şəxslər çıxarılmalı idi. Demək ki, bu, belə olmayıb. Çöküntü anidən baş verib. Bu da o deməkdir ki, tikinti prosesində normativ pozuntu olub”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR