Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçdi
26 fevral, 2022 16:39
Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov onların qarşılanması və yerləşdirilməsi barədə Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan “Diaspor TV”-yə məlumat verib.