Rus ordusu Xarkovda azərbaycanlı tələbəni öldürdü
27 fevral, 2022 12:19
Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.
Bu barədə APA-ya hazırda Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib
S.Adıgözəlli deyib ki, K.Məmmədov qardaşı oğlunun tələbə olduğunu bildirib. Hazırda atışma olduğundan küçədən meyiti götürmək mümkün deyil.
Hadisə yarım saat əvvəl baş verib.