Radikal müxalifətdən növbəti həyasızlıq - Bu dəfə xalqın mövqeyini oğurlamağa çalışdılar

27 fevral, 2022 17:27

Bir neçə gün bundan əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi bu gün də davam etməkdədir. Artıq bütün dünya işğalçı Rusiyanın təcavüzkar siyasətini ifşa etməkdədir. Qərb ölkələri bir-birinin ardınca Moskvaya ağır və sarsıdıcı sanksiayalr tətbiq edirlər. Ukrayna xalqı öz torpaqlarının müdafiəsi və azadlığı uğrunda rəşadətlə mübarizə aparır. 

Rusiyanın Ukraynaya hərbi təcavüzü Azərbaycan xalqının da qəzəbinə və dərin narahatlığına səbəb olub. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlıların mövqeyi net və ədalətlidir: Rusiya işğalçı siyasətini dayandırmalıdır. Təsadüfi deyil ki, bu gün yüzlərlə azərbaycanlı Bakıda, Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında qardaş Ukrayna xalqına dəstək nümayiş etdirdi. Səfirliyin qarşısında keçirilən dinc aksiya zamanı insanlar “Yaşasın Ukrayna” şüarları ilə Rusiyanın işğalçı siyasətinin dayandırılmasını tələb ediblər. 

Ukrayna səfirliyinin qarşısında aksiya Azərbaycan xalqının iradəsinin ifadəsidir. Hazırda sosial şəbəkələrdə hər bir azərbaycanlının profili Ukrayna bayraqları ilə bəzənib. İkinci Qarabağ Müharibəsi zamanı Ukrayna xalqı Azərbaycan xalqından öz siyasi dəstəyini əsirgəməmişdi. Həm Azərbaycan, həm də Ukrayna işğalçı siyasətdən əziyyət çəkir. Bu işğalçı siyasətin də əsad dirijoru məhz Rusiyadır. 

Ancaq AXCP sədri Əli Kərimli, onun “mahir” oyunçusu Tofiq Yaqublu və Gültəkin Hacıbəyli fürsətdən istifadə etməyə başlayıblar. Necə?

Deməli, G.Hacıbəyli və T.Yaqublu Ukrayna səfirliyinin qarşısında aksiya keçirən insanların arasına daxil olaraq, oradan fotolar paylaşıblar. Özlərinin bu fotolara yazdıqları şərhlərdən aydın olur ki, onlar bu aksiyanı da öz adlarını çıxarmaq istəyirlər. Guya Azərbaycan xalqı bunların sözü ilə aksiya keçirir və təşkilatçılığın da başında məhz bunlar dayanır.


Bu, Azərbaycan xalqının mövqeyini oğurlamaq cəhdidir, riyakarlıqdır və siaysi səbatsızlığın ən bariz nümunəsidir. 

Başa düşürük, Ə.Kərimli, T.Yaqublu və G.Hacıbəyli insanların real dəstəyindən tamamilə azaddırlar və “Don Kixotluq” etmək qərarına gəliblər. İstəyirlər ki, harda etiraz varsa, orda qaçıb həmin etirazçıların başında dayansınlar. Təbii ki, Azərbaycan xalqı bütün bu səriştəsizliyi və onların siyasi cılızlığını görür.

Bitmiş, tükənmiş və heç bir sosial bazaya malik olmayan radikal müxalifət funksionerlərinin xalqın mövqeyindən istifadə etmək cəhdləri qəti şəkildə yolverilmzədir. Radikal müxalifətin bu “oğurluq aktı” sosial şəbəkələrdə insanların haqlı etirazları ilə də müşahidə olunub. 

Artıq Ukrayna səfirliyi azərbaycanlıların dəstək aksiyasına operativ reaksiya verərək təşəkkür edib:

“Bakılılar inanılmazdır. Yüzlərlə vətəndaş Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin yaxınlığında “Yaşasın Ukrayna” şüarları səsləndirir. Çox sağ olun qardaşlar!”. 

Ən diqqətçəkən məqam odur ki, Rusiya-Ukrayna arasında aparılacaq danışıqlar üçün ən optimal coğrafiyanın məhz Azərbaycanın olması ilə bağlı mötəbər fikirlər səslənir.



Bəli, Ukrayna prezidenti Zelenski də Rusiya sülh danışıqlarının aparılması üçün 4 şəhərdən biri kimi Bakının da adını çəkib. Ukrayna xalqı bizə etibar edir. Bakı etibarlı tərəfdaş və sülhün əsas təminatçılarından biri kimi daim haqqın, ədalətin yanıdadır! 

Yaşasın Ukrayna!


Zaur Hacılı
Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR