"Davam" tərəfindən "Xocalıya Ədalət" həftəsi keçirilib - FOTOLAR

28 fevral, 2022 13:32

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək məqsədi ilə 21-27 fevral tarixləri aralığında “Davam” Gənclər Hərəkatı tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” həftəsi həyata keçirilib.

21 fevral tarixində Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ilə “Erməni zindanında 8 gün” mövzusunda, 22 fevral tarixində Xocalı soyqırımının şahidi Mürvət Məmmədov ilə “Xocalı - XX əsrin faciəsi” mövzusunda görüş baş tutub. Görüşlər zamanı şahidlər Xocalı soyqırımı zamanı yaşadıqları acı xatirələrini gənclərlə bölüşüb, onların suallarını cavablandırıblar.

25-26 fevral tarixlərində “Park Bulvar” Ticarət Mərkəzində Xocalı soyqırımı ilə bağlı 30 rəsm əsərinin nümayiş olunduğu “Xocalı” rəsm sərgisi açılıb. Bu rəsm əsərlərində Xocalı soyqırımını ifadə edən kədər, hüzn, erməni vandalizmi, soyqırım həqiqətləri, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyev, qalib Azərbaycan xalqı və ordusu yer alıb. İki gün ərzində davam edən sərgi ticarət mərkəzinə gələn şəhərimizin qonaqları və Bakı sakinlərinin böyük marağına səbəb olub.

25 fevral tarixində politoloq Orxan Vəliyev ilə “Xocalı soyqırımı və tarixi həqiqətlər” mövzusunda görüş baş tutub. Görüş zamanı Xocalı hadisələri ilə bağlı bir sıra məqamlara toxunulub, gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.

25 fevral tarixindən Xocalı hadisələri ilə bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə sosial media kampaniyasına start verilib. 27 fevral səhər saatlarına kimi davam edən kampaniyada #XocalıÜçünPaylaş devizi ilə 350-dən çox gənc iştirak edib.

Həmçinin kampaniya çərçivəsində #Xocalı30 həştəqi ilə 14 min 200, #XocalıSoyqırımı həştəqi ilə 12 min, #Xocalıüçünpaylaş həştəqi ilə 11 min 300, #davam2022 həştəqi ilə isə 11 min 500 paylaşım edilib. Kampaniya yerli və qlobal səviyyədə 2 milyondan çox istifadəçiyə çatıb. Kampaniya çərçivəsində xüsusi diqqət ayrılan #JusticeForKhojaly həştəqi ölkə və dünya azərbaycanlılarının da dəstəyi nəticəsində qlobal "Twitter" gündəmi olub.

26 fevral tarixində “Davam” Gənclər Hərəkatının katibliyi və davamçı gənclər Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində 26 fevral tarixində “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilib. Bakı Konqres Mərkəzində baş tutan tədbirdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev, hərəkatın katibliyi və davamçı gənclər iştirak edib.

Ümumilikdə, “Xocalıya Ədalət” həftəsi çərçivəsində birbaşa 6521, virtual olaraq isə 2 milyondan çox insana Xocalı faciəsi ilə bağlı maarifləndirici məlumatlar çatdırılıb. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR