"Rusiyadakı vəziyyət Bakıda mənzillərin satışına da təsir edəcək" - Ekspert

28 fevral, 2022 17:34

"Rusiyanın Ukraynaya hücumu, başlayan müharibə və nəticədə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Azərbaycanın, o cümlədən Bakının da mənzil bazarına təsir edəcək, satışları azaldacaq".

Bu barədə FED.az-a "Vecon Consultinq" şirkətinin rəhbəri, daşınmaz əmlak bazarı üzrə ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında sıx iqtisadi əlaqələr var:

"Rusiya Azərbaycan üçün əsas iqtisadi partnyorlardan biridir. Təbii ki, Rusiya bazarındakı hər hansı dəyişiklik birbaşa Azərbaycana təsirsiz ötüşmür. Bu günə qədər belə olub. İndiyə kimi daşınmaz əmlak bazarında da bu təsiri görmüşük".

Bu münasibətlər özünü əmlak bazarında, o cümlədən Rusiyada yaşayan azərbaycanlıların Bakıda əmlak alışında da göstərir. Onun sözlərinə görə, Rusiyada on minlərlə soydaşımız bineslə məşğul olduğu üçün Azərbaycana kənardan gələn maliyyə vəsaitlərinin böyük hissəsi Rusiyaya aiddir:

"Həmin insanlar böyük kapitalla öz ölkəsinə - Azərbaycana yatırım etmək üçün Rusiyadadırlar. Azərbaycan və Bakı şəhərində əmlak satışının təqribən 20-25 faizi məhz xaricdən gələn kapital hesabına həyata keçirilir. Bunun isə təqribən yarısı Rusiyanın payına düşür: «Bu baxımdan Rusiyada müharibəyə görə Rusiya milli valyutasının dəyərdən düşməsi Azərbaycana da təsirsiz olmayacaq. Bu, Rusiyada yaşayan həmvətənlərimizin qazancını azaldacaq. Nəticədə də dolayısı yolla da olsa daşınmaz əmlak bazarında məhz həmin seqmentin - Rusiyada yaşayan soydaşlarımızın payı olan zəifləməsinə səbəb olacaq. Bu da ciddi təsir olmasa belə, daşınmaz əmlak bazarında problemlərin yaranmasına yol aça bilər".

Ekspertin fikrincə, Rusiyada baş verən hadisələr təkcə Azərbaycan vətəndaşlarına yox, eyni zamanda ölkə iqtisdiyyatına da təsirini göstərəcək və bu təsir təkcə mənfi olmayacaq.

"Rusiya hazırda bütün sahələrdə təcridlə üzləşir. Belə davam edərsə, Rusiyanın birbaşa Qərb bazarına çıxışı məhdudlaşdırılacaq və bu baxımdan Azərbaycan Rusiyanın yaxın partnyoru kimi münasibətləri tənzimləmək üçün bir şans əldə edəcək. Yəni ola bilsin ki, bir çox məhsullar Rusiya bazarından Avropaya birbaşa yox, Azərbaycan vasitəsilə çıxarılsın. Bu da Azərbaycana əlavə gəlirin qazanılmasına, mənfəətin gəlməsinə səbəb ola bilər".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR