Bakıda mənzillərin qiyməti kəskin ucuzlaşacaq - SƏBƏBLƏR...

01 mart, 2022 18:38

"Rusiyadakı mövcud vəziyyətlə əlaqədar olaraq orada yaşayan soydaşlarımız öz bizneslərini ayaqda tutmaq üçün qısa bir zamandan sonra Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxaracaqlar".

Bu açıqlamanı əmlak üzrə tanınmış ekspert Elnur Fərzəliyev bildirib. Ekspert deyir ki, yaşanacaq bu vəziyyət kütləvi hal alarsa daşınmaz əmlakların satış qiymətlərində ciddi enmələrə səbəb olacaq.

"Belə bir situasiya 2015-2016-cı illərdə devalivasiya zamanı rublun qiymətinin kəskin düşməsi dövründədə baş vermişdi. Rusiyada təxminən 2,5 milyon azərbaycanlı yaşayır. Bu ümumi Azərbaycan əhalisinin 25 faizi deməkdir. Rusiyaya tətbiq olunan sanksiyalar böyük ehtimal orada yaşayan həmvətənlərimizin maddi vəziyyətlərinin pisləşməsinə səbəb olacaq. Nəticədə onların biznesləri ciddi zərbə alacaqdır. Azərbaycanda, xüsusəndə paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlak alıcılarının böyük bir hissəsi xaricdə, xüsusəndə Rusiyada yaşayan soydaşlarımızdır. Onların da belə anda atacağı addımlar siyahısında əmlaklarını dəyər-dəyməzə satmaq olacaqdır".

E.Fərzəliyev onu da qeyd etdi ki, Rusiyaya tətbiq olunan sanksiyalar dolayısı yolla Azərbaycana da mənfi təsir edəcəkdir. Bu amil özünü tikinti sektorunda aktiv şəkildə göstərəcəkdir. Nəyinki daşınmaz əmlak hətta tikinti materiallarının qiymətində də ciddi artımlar müşahidə edilə bilər.

- Əgər Rusiyada yaşayan azərbaycanlılar əllərində olan kapitalı Azərbaycan iqtisadiyyatına yatırmaq istəsələr o zaman vəziyyət dəyişə bilərmi?

"Mövcud vəziyyətdə bu mümkün olmuyacaqdır. Çünki Rusiyanın ümumi iqtisadi vəziyyəti ilə Azərbaycandakı vəziyyət tam fərqlidi. Orada biznes şərtləri daha rahat və əhali sayı daha çoxdur. Bu da biznesi gəlirli edən ən mühüm səbəb sayılır".

İqtisadçı Eldəniz Əmirov isə deyir ki, Rusiyada çalışan azərbaycanlıların fəaliyətlərinə aid olan təsir təkcə onların gəlirlərinin azalmasında deyil, eyni zamanda Azərbaycanda yaşayan ailələrinin də həyat şəraitinə də ciddi yansıyacaq.

"Amma düşünmürəm ki, bu sanksiyalar azərbaycanlıların Rusiyadan çıxıb Azərbaycana üz tutmasına gətirib çıxaracaq. 30 ilin təcrübəsi onu göstərir ki, ən böhranlı situasiyalarda azərbaycanlılar vəziyyətə uyğun alternativ yollar taparaq Rusiyada olan biznes fəaliyyətlərini bu və ya digər formalarda quraraq yenidən çalışmışlar. Çünki biznes-ticarət bizim qanımızda var. Ən təbii çətinliklərdə belə çıxış yolu tapıb, beş manatlarını qazanırlar. Yetər ki, subyektiv amillər başının üstünü kəsdirməsin".

 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi