Minlərlə azərbaycanlı Vətənə qayıdacaq - Azərbaycan buna hazırdırmı?

02 mart, 2022 19:01

Rusiya və Ukrayna arasındakı müharibə fonunda rəsmi Moskvaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar rəsmi Kremli çətin vəziyyətə salıb. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkənin iqtisadi vəziyyətinin ağırlaşması ilə yanaşı, soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qaytımasına səbəb ola bilər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, soydaşlarımızın gəlirləri azalacaq, ölkəyə pul köçürmələrində problem olacaq:

“Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi vəsait kifayət qədər böyük məbləğlərlə ölçülür amma son illər bunun azaldığını müşahidə edirik. Maksimum həddini isə 2012-2013-cü illərdə görmüşük. Oradan 3-4 milyard dollar arası hər il Azərbaycana vəsait köçürülürdü ki, bu da Azərbaycanda kifayət qədər ailələrin sosial həyatına müsbət təsir göstərirdi. Lakin 2017-ci ildən bəri azaldığını görürürk. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə 1 milyard civarında pul köçürülüb, 2020-ci ildə isə müəyyən azalmalar müşahidə edilib. Amma bu, daha çox pandemiya ilə əlaqəli idi”.

N.Cəfərli rublun dəyərdən düşməsinə də diqqət çəkib:

“Rusiyada yaşayan soydaşlarımızın qazancı rublladır. Belə ki, rublun kəskin dəyərdən düşməsi, hətta bu gün qara bazarda 200 rublun 1 dollara çatması orada yaşayan soydaşlarımızın gəlirlərində və onların Azərbaycana pul köçürmələrində ciddi azalma yaradacaq. Bu, həm də bank sektoru ilə bağlıdır. SWIFT sistemindən Rusiya banklarının çıxarılması pul köçürmələrini ciddi axsadacaq”.

İqtisadçı ekspert Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması məsələsini belə şərh edib:

“Azərbaycanlıların Rusiyadan ölkəyə qayıtması prosesi aktuallaşa bilər. Onminlərlə vətəndaş orada işini, qazancını, gəlirini itirərkən Azərbaycana üz tutmaq məcburiyyəti yaranacaq. Açıq desək, Azərbaycan buna hazır deyil. Çünki ölkəmizdə iş yerləri, biznes mühiti ilə bağlı problemlər var, eyni zamanda yeni iş yerlərinin yaradılması prosesi çox ləng gedir. Azərbaycan hökuməti doğru-dürüst qərarlar alıb, tezliklə bu problemlərin üzərinə getməlidir. Həmçinin orta-kiçik sahibkarlığa dəstək, yeni iş yerlərinin açılması, yeni yatırımların qoyulması ilə bağlı qərarlar almaqla, Rusiyadan gələn soydaşlarımızın problemlərini həll etmək üçün hətta bir masanın qurulmasına artıq ehtiyac var. Nazirlər Kabineti nəzdində bir böhran masası qurulmalı və bu məsələlər operativ həll olunmalıdır. Əgər indi minlərlə vətəndaşımız Azərbaycana gəlirsə, bir müddətdən sonra bu rəqəm onminlərlə olacaq. Təəssüf ki, biz ölkə olaraq buna hazır deyilik”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR