Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olundu

07 mart, 2022 12:55

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla bağlı məhkəmə qərarı dəyişdirilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun bank hesabındakı pullar müsadirə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən qafqazinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məhkəmədə dövlət ittihamçısının apellyasiya protesti təmin olunub. Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilərək V.Mahmudova məxsus “Kapital Bank” hesabında olan pul vəsaitlərinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə hökm çıxarılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilsə də, ittiham olunduğu bir sıra maddələr üzrə ona cəza təyin olunmamışdı. Belə ki, məhkəmə hədə-qorxu ilə tələb etmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ittihamları üzrə ona bəraət vermişdi. Vəzifə saxtakarlığı ittihamı üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün isə ona cəza təyin olunmamışdı. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılmışdı.

Vüqar Mahmudov MTN-in polkovnik leytenantı olub. Onun adına “Kapital Bank”ın Sabunçu filialında 127 min manat, həyat yoldaşının adına isə 1,2 milyon manata yaxın vəsait olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR