ABŞ-ın enerji sanksiyası nəyi dəyişəcək? - ŞƏRH

09 mart, 2022 01:58

ABŞ-ın Rusiya neftindən imtina ilə bağlı qərarını gözləmək çox çəkmədi. Ağ Ev Rusiyadan xam neft daxil olmaqla bütün enerji məhsullarının idxalını dayandırır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür. Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağa çalışacaq.

ABŞ və Britaniyanın Rusiya neftindən imtina qərarını şərh edən iqtisadçı-deputat Vüqar Bayramov hesab edir ki, bu addım dünya bazarında neftin qiymətindəki artımları daha da sürətləndirəcək.

Onun sözlərinə görə, artıq "Brent" markalı neftin 1 barelinin qiyməti 130 dollardan baha təklif olunur:

"Sanksiyalar qüvvəyə mindikdən sonra neftin qiymətinin 150 dollaradək yüksəlməsi çox zaman almayacaq. Bəzi ekspertlər isə Avropanın sanksiyalara qoşulacağı halda neftin 200 dollara satılacağını da istisna etmirlər. ABŞ və Səudiyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük hasilatçı olan Rusiya qlobal bazara gündəlik 5 milyon barel neft çıxarır. ABŞ üçün Rusiya neftindən imtina qərarı elə də çətin deyildi. Çünki Rusiya Birləşmiş Ştatların neft idxalında cəmi 3 faiz paya malikdir. Rusiya enerji ixracatının 50 faizi isə Avropanın payına düşür. Bu baxımdan Avropada Rusiyadan gələn neft borularının bağlamaq üçün hələlik zaman lazımdır".

Bundan əlavə, deputat vurğulayıb ki, Birləşmiş Ştatların OPEC-dən və xüsusən də Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyəcəyi gözlənilir. Onun fikrincə, Qərb daha qısa zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Əks addım olaraq Rusiyanın da Avropaya mavi qaz nəqlinin dayandırması istisna deyil.

"Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan almaqdadır. Bütün hallarda görünən odur ki, bu həftə birjalarda ciddi çalxalanmalar olacaq. Dünya iqtisadiyyatı yeni dönəmə daxil olmaqdadır. İnflyasiyanın sürətlənəcəyi bu dönəmdə “İngilis qaydaları” prosesləri diqtə etməkdədir", - deyə V.Bayramov qeyd edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR