"Rusiya qlobal internet şəbəkəsindən ayrılsa..." - "Azərbaycan üçün də ciddi problemlər ola bilər"

10 mart, 2022 08:50

"Rusiya internetini (RuNet) qlobal şəbəkədən ayırmaq istəyirlər. Qlobal internet şəbəkəsinin arxitekturasına cavabdeh magistral operatorların bəziləri öz imkanları daxilində artıq bu addımları atıblar. Dünyada regional internet şəbəkələrinin dayanıqlığına cavabdeh qlobal təşkilatlar da bu sanksiyaya qoşulsalar, Rusiyanın DNS və İP -ləri bloklansa? Rusiyanı daha ciddi problemlər gözləyir. Rusiya interneti sadəcə bir intranetə çevrilə biləcək".

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Ekspert xatırladır ki, Rusiya kənardan kiberhücamla bağlı RuNet-in dayanıqılığını yoxlamaq üçün 2-3 il öncədən testlər etmişdi: "Azad və sərbəst, suveren RuNet üçün müəyyən tədbirləri vardı. Lakin bütün bunlar indiki miqyasda qlobal texnoloji basqıları nəzərdə tutmamışdı".

O. Gündüzün sözlərinə görə, Azərbaycanın internet trafiki bir neçə ölkə üzərindən, o cümlədən də Rusiya ərazisindən tranzit magistral xətlərlə ölkəyə daxil olur: "Bizdə iki magistral operator, "Delta Telecom" və "AzerTelecom" bunu gerçəkləşdirir. Fikrimcə, qlobal dünya Rusiyanın internet trafikini bağlasa, Rusiya üçün bloklama aparsa, Rusiya ilə əlaqəli xidmətlərdə, .ru domeni üzərindəki xidmətlərdə ciddi problemlər olacaq. Xatırladıram ki, bizdə hələ də müşahidə olunur ki, çox sayda insanlar, məsələn mail.ru dan istifadə edirlər. Ehtiyat etdiyim ən ciddi məsələ bu ölkənin ərazisindən keçib tranzit magistral xətlərlə ölkəmizə daxil olan internet trafikdədir. Fikrimcə, Rusiya interneti tam bağlansa bizim AzNet-in dayanıqlığı üçün müəyyən risklər ola bilər. Bildiyim qədər hər iki operatorumuzun xarici trafikində Rusiyadan daxil olan internetin xüsusi çəkisi çox yüksəkdir. Düşünürəm ki, magistral operatorların, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyatı qurumlarla birgə bu məsələni diqqətdə saxlamağı doğru olardı".

Ekspert hesab edir ki, xaricdən ölkəyə daxil olan digər alternativ magistral internet xətlərin çəkilməsi üzərində düşünmək lazımdır: "Təəssüf ki, hələlik Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan TransXəzər fiber optik magistral xətlərin çəkilişi də yubanır. Eyni zamanda düşünürəm ki, Starlink və OneWeb peyk operatorlarının da alternativ internet olaraq ölkədə fəaliyyətinə şərait yaratmaq doğru olardı".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR