MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - Gerçək hekayət - VİDEO/FOTOLAR

11 mart, 2022 11:16

İbrahim Zeynalov: “Torpaq sahəsini əlimdən alanda Mövlam Şıxəliyevin oğlu dedi ki, biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq”

“...Almaniyada sərgidəydim. Ora tamam başqa iş dalınca getmişdim. Baxdım ki, bir xalça toxuyan makina nümayiş etdirilir, 8 rəngli iplə gözəl xalça toxuyur. Makina çox xoşuma gəldi. Elə oradaca makinanı istehsal eləyən şirkətin nümayəndəsi ilə danışdım, sövdələşdim. 3 milyon 500 min avroya bu gözəl makinanı Azərbaycanda quraşdırmaq üçün il yarım vaxt, beh kimi də 1 milyon avro istədi. 6 aya quraşdıracaqları şərti ilə behi elə oradaca verdim...”

***

1999-cu ildən bu yana mətbuatdayam. Çox böyük məbləğlərdə rüşvət tələb olunması faktları haqda eşidib, araşdırıb, yazmışam. Ötən illər ərzində 8 milyon dollar rüşvət tələb edilib alınması faktına rast gəlməmişdim. Eldar Mahmudovun baş istintaqçısı Mövlam Şıxəliyev və digərilərinin cinayət işində belə bir fakt var! Hazırda iş üzrə 36 zərərçəkəndən biri olan İbrahim Zeynalov məhz 8 milyon dollar verməklə canını Eldar Mahmudovun bandasının əlindən qurtara bilib!

***

Həbsinə qədər İbrahim Zeynalov Azərbaycanda tanınan, adlı-sanlı iş adamlarından olub. Yolu MTN zindanında girovluqdan keçən bir çox iş adamları kimi İbrahim Zeynalovun da həyatı alt-üst olub. Həbsinə qədər zavod, fabrik, sexlərin və bir çox varidatın sahibi olan İbrahim Zeynalov hazırda bəlkə də Allahın da unutduğu, yolu-izi itmiş bir kəndin kənarında, vaqonda yaşayır. Ayaqlarında problemlər var. Deyir ki, Eldar Mahmudovun bandası ilə üz-üzə gələndən sonra həyatı zəhərə dönüb. Övladlarını, həyat yoldaşını itirib. Ümidini isə itirmir.

Neftçalanın mərkəzindən 2-3 kilometr aralıda yerləşən Kürkənd kəndindəki vaqonda ona qarşı cinayət törədənlərin cəzalandırılacağı günü gözləyir.

***

İbrahim Zeynalov danışır: “2008-ci ilin 19 dekabrı idi. Evimə gəldilər, məni MTN-ə apardılar. Bir də oradan 7 ay 17 gün sonra çıxdım. Məni MTN-ə aparmazdan ay yarım əvvəl o zaman deputat olan Ziyad Səmədzadə ilə bir söhbətimiz olmuşdu.

Ziyad mənim evimin daimi qonaqlarından olub, çörək kəsmişdik, dostluq eləyirdik. Həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim, xaricə səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib, xərclik verirdim. Yadıma düşmüşkən, bunu da deyim. Bir gün də Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov, onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar pul istədi, verdim. Dedi ki, kitabı Almaniyada çap etdirəcək. O zaman Əhməd Mahmudovun kim olduğunu bilmirdim. Sadəcə, Ziyad istəmişdi deyə, o pulu vermişdim. Bir müddət sonra gəldi, mənə kitabı və kitabın təqdimatına dəvətnaməni verdi. Sözün düzü, işim başımdan aşırdı, kitabın təqdimatına gedə bilmədim.

Ziyad Səmədzadə ilə münasibətlərim çox yaxşıydı deyə, evimin içinə gəlib gedirdi deyə, mənim işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim. Mən Almaniyadan xalça toxuyan makinanı sifariş edəndən sonra bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə də dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər.

Ziyad Səmədzadə deyəndən sonra həmin 3 milyon manatı ayırdılar. İlk vaxtlar kreditdən imtina etmək istədim, düşündüm ki, öz imkanlarımı tam səfərbər edib fabriki quraram. Ziyad Səmədzadənin israrlarından sonra gedib o krediti götürdüm. 10 faizini də qaytarıb Ziyad Səmədzadəyə verdim.

Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir. Razılaşmadım, aramızda narazılıq oldu. Dedi ki, sənin başına oyuna açacağam. Heç ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifariş edər!

İbrahim Zeynalov

Məni MTN-ə aparandan sonra bir qadın üzümə durdu. Həmin qadına dedirtdilər ki, guya mən ondan 1250 manat rüşvət almışam. Həmin vaxt formal olaraq Prezident Administrasiyasının təsərrüfatlarından birinin rəhbəri idim. Mənim bu vəzifəyə heç ehtiyacım yox idi. Oranı mənə sırf ayağa qaldırmaq, təsərrüfatı bərpa etmək üçün vermişdilər. İş adamı idim, zavodum, fabrikim, sexlərim və başqa bizneslərim vardı. Bu qadın da iddia eləyirdi ki, guya ondan 1250 manat rüşvət almışam. Mövlam Şıxəliyev, Yasin Məmmədov o qadını mənim üzümə dayandırmışdılar. 7 ay 17 gün məni o şər ittihamla həbsdə saxladılar. Mövlam Şıxəliyev məndən 10 milyon dollar pul istəyirdi. Yasin Məmmədov deyirdi ki, pulu verməsən səni “kars”a salacağıq. Heç o zaman “kars”ın nə olduğunu bilmirdim. Mən həbsdə olanda ailəmə də təzyiqlər göstəriblər, övladlarımı hədələyiblər. Mən orada olanda Mövlam Şıxəliyev bilirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 25 min dollar vermişəm. Evimdə axtarış aparanda həmin o kitabı və kitabın təqdimatına dəvətnaməni də götürmüşdülər. Özlərini elə apardılar ki, guya heç bunu bilmirlər.

Mən həbsdə olanda uşaqlarım zavodu da, həmin o xalça fabrikini də, sexləri də, evlərini də, maşınlarını da, qızıl-zinət əşyalarını da, bağlarını da, bir sözlə, nə var idisə, hamısını satıb pulunu yığıb Eldar Mahmudovun cinayətkar quldur dəstəsinin tələb etdikləri 10 milyondan 8 milyon dolları verdilər.

Bunlar pulu alandan sonra bir həkim çağırdılar, o da yazdı ki, MTN-dən bu gün buraxılmasam, guya öləcəyəm. Beləcə, 2 avqust 2009-cu ildə məni azad etdilər. Amma yenə də əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı, onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Yasin torpağı 3 qadının adına keçirdi. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq.

Düz deyirdi. Biznesimdən əldə etdiym gəlirlərlə yaxşı maşınlar alıb sürürdüm. Məni MTN-ə aparanda maşınımı da aparmışdlar. Maşından Dubaydan 7 min dollar aldığım təsbehi, 888 nömrə nişanını da oğurlamışdılar. O zaman mənim bağ evim olanda, Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Oğlu da məni o zamandan tanıyırmış. Torpağı Yasinlə ölçüb-biçib öz aralarında böldülər. Mövlamın oğlu Elgün badam ağaclarının altında oturub badamdan sındırb yeyir, mənim maşınlarımdan ağızdolusu danışırdı. O torpağı da onlara təhvil verdim. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi.

Mən həbsdən çıxandan sonra 1 evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibim oğlunundur, mənə yaşamağa verib. 280 manat pensiya alıram.

Allahın bu gününə şükür eləyirəm. Mövlam Şıxəliyevin, Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə cavab verdikləri günü mənə nəsib etdi. Ayaqlarım ağrıyır, amma onların məhkəməsinə mütləq gələcəyəm. Üzlərinə, gözlərinin içinə baxmaq istəyirəm..."

***

İbrahim Zeynalovdan Ziyad Səmədzadə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib-etməməsini də xəbər aldım.

Cavabı qısa oldu: “74 yaşa çatmışam, həyatın hər üzünü görmüşəm. Bu günə qədər kəsdiyim çörəyə naxələf çıxmadım, yalan danışmadım. Bundan sonra da dəyişən deyiləm...”.

Musavat.com

 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi