"Bir həftəyə Qarabağı tərk edin!" - Separatçılar təşvişdə...
12 mart, 2022 00:17
Erməni separatçılarının yaratdığı qondarma “parlamentin” "Facebook" səhifəsi hakerlər qrupu tərəfindən ələ keçirilib.
Səhifənin profil və örtük şəklinə Azərbaycan bayrağı qoyulub.
Bundan əlavə, səhifədə ermənilərin Qarabağı tərk etməsi barədə xəbərdarlıq mesajı yerləşdirilib.
"Əsgəranda yaşayan bütün erməniləri 168 saat (1 həftə) ərzində ərazini tərk etməyə çağırıram", - paylaşımda deyilir.
"Facebook" səhifənin ələ keçirilməsi və ermənilərin Qarabağdan çıxması barədə xəbərdarlıq separatçılar arasında ciddi təşviş yaradıb. Separatçılar bəyanat yayaraq səhifəni geri almaq üçün işlərə başladıqlarını bildiriblər.