Sanksiyalar Azərbaycandakı Rusiya banklarının sonunu hazırlayır

12 mart, 2022 13:23

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardından ABŞ və Qərb Rusiyaya tarixdə görünməmiş sanksiyalar tətbiq etdi. Sanksiyalar bir çox sahəni əhatə edərək Rusiya iqtisadiyyatını blokada halına saldı. İqtisadiyyatın özülünü təşkil edən banklar isə çökmüş vəziyyətdədir.

Bəs, ölkəmizdə fəaliyyət göstərən Rusiya banklarını hansı aqibət gözləyir?

Bu barədə modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vahid Əhmədov bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar çox ağırdır.

Parlamentari deyib ki, nə Suriya, nə İraq, nə də İranda belə sanksiyalar tətbiq edilib. Onun sözlərinə görə, sanksiyalar  Rusiya iqtisadiyyatının bütün sahələrini əhatə edir, tək banklar hədəf deyil.

Deputat qeyd edib ki, Rusiyanın SWIFT-dən, yəni beynəlxalq pul köçürmələr sistemindən çıxarılması artıq bankların iflici anlamına gəlir:

“Azərbaycanda da Rusiya bankları var. Bu, əlbəttə o banklara da təsirini göstərəcək. Həmin banklarda Mərkəzi Bank tərəfindən külli miqdarda vəsaitlər var, eyni zamanda ola bilsin ki, mülki əhalinin vəsaitləri də olsun. Bu proses uzun müddət, məsələn, bir ay davam edərsə, əlbəttə, banklar öz maliyyə dayanıqlığı ilə bağlı çox ciddi problemlər yaşayacaq”.

V.Əhmədov bildirib ki, Rusiya banklarının ölkəmizdə default olması, bazardan çıxması gözləniləndir:

“Bu da sanksiyaların müddəti ilə bağlıdır. ABŞ və Qərbin açıqlamalarından görünür ki, müharibə dayansa da, sanksiyalar daha uzunmüddətli xarakter alacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanda Rusiya kapitallı 2 bank fəaliyyət göstərir. Bunlardan biri VTB Qrupa daxil olan “Bank VTB Azərbaycan" , digəri isə "Yelo Bank”dır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR