Rusiya interneti tam çöksə, Azərbaycanda hansı problemlər yaşana bilər?

12 mart, 2022 15:22

“Rusiya interneti ilə bağlı təhlükələr getdikcə artır. Bu gün də daha bir qlobal internet şirkəti LİNX Rusiyanın ən böyük telekommunikasiya operatorlarını, o cümlədən “Rostelekom”u “İnternet Exchange” sistemindən ayırıb. Yəni, bununla da Rusiyanın internet trafiki xeyli zəifləmiş olacaq”.

Bu fikirləri sosial şəbəkə hesabında Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

Mütəxəssis gözlənilən təhlükələr baxımından riskləri və təhlükələri bir qədər də araşdırdığını qeyd edib:

“Baxıram ki, təhlükələr və risklər daha ciddidir və hədsiz çoxdur. Rusiya internetinin tam bağlanması ilə bizdə də ağlagəlməz məsələlər oratya çıxır.

Rusiya interneti tam çöksə, Azərbaycanda hansı problemlər yaşana bilər? Bəzilərini qeyd edirəm:

1. Azərbaycanda xeyli sayda dövlət və özəl sektor qurumları Rusiyanın 1C proqram təminatından istifadə edir. Son dövrlərdə bu servis əsasən “Cloud” vasitəsilə göstərilirdi. Eyni zamanda lisenziyalar da Rusiyanın onalyn mühiti ilə bağlıdır.

Düşünmək olar ki, “RuNet”də çöküş olsa bizim dövlət və özəl sektorda əsas maliyyə təsərrüfatını idarə edən 1C işləməyəcək.

2. Azərbaycanda hələ də xeyli sayda insanlar “Mail.ru” servisindən istifadə edir. Aktiv olaraq bu imeyldən, həmçinin Rusiyanın digər “e-mail” serverlərindən istifadə edərək müxtəlif servislərə qoşulanlar da var ki, “Mail.ru”nun dayanması ilə bizim xeyli sayda istifadəçilərimiz həm imeyldən, həm də bu imeylə bağlı olan servislərdən məhrum ola biləcəklər.

3. “Yandex” üzərində də ölkəmizdən xeyli servislər alanlar var. Xeyli sayda vətəndaşıalrımızın imeylləri “Yandex” hostinqinə bağlıdır və bunun üzərindən müxləlif onlayn servislər alınır. “RuNet”in çöküşü ilə bunların hamısı risk altına düşəcək.

4. Müşahidə etmək olar ki, bəzi internet mağazalar fiziki olaraq Rusiyadakı resurslara bağlıdır. Bu mağazalardan edilən alış-verişdə ödənişlər Azərbaycan banklarında aparılsa da, müraciətlər Rusiya İP-lərindən yönləndirilir. Belə olan halda isə, Rusiya internetində yaranan problem bizim bu tip internet mağazalara da təsirsiz ötüşməyəcək.

Ən maraqlı və bəlkə də ən düşündürücü məqam isə bizim “az” domeninin ehtiyat (backup) DNS “name” serveri ilə bağlıdır.

Bir qədər araşdırma ilə görmək olar ki, bizim milli domenin ehtiyat serveri, müharibənin ən qızğın yerində, Ukraynadadır.

Xatırladıram ki, “az” domeninin DNS serverləri Azərbaycan İnternetinin fəaliyyət göstərməsi üçün ən vacib resurslardan biridir. Onun sıradan çıxarılması, elə Azərbaycan internetini rubilnikdən söndürmək kimi bir şeydir.

Düşünürəm ki, bu resursun indiki anda Ukraynada yerləşməsində informasiya təhlükəsizliyimiz üçün  ciddi risklər var.

Adətən ən azı iki ehtiyat server olur. Bildiyim qədər o birisi də Estoniyadadır, hansı ki, indiki yaranmış hərbi-siyasi vəziyyətlə bağlı, elə onu da riskli zona hesab etmək olar.

Fikrimcə, əgər bizim milli resurs, DNS server müharibənin getdiyi bir ərazidədirsə istənilən an o yox ola bilər. Bu isə, düşünürəm ki, təhlükəsziliyimiz üşün ciddi təhdiddir.

Aidiyyatı qurumların bunu nəzərə alması, ehtiyat serverlərin digər daha sakit olan Avropa ölkələrinə köçürülməsi daha doğru olardı.

Yeri gəlmişkən, RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin, digər aidiyyatı dövlət qurumlarının gözlənilən təhlükələr və risklərlə bağlı dövlət və özəl sektor üçün, sadə istifadəçilər üçün tövsiyyələr verməsi doğru olardı”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR