Azərbaycanlı iş adamı saxlanıldı - Rusiyaya casusluğa görə
12 mart, 2022 22:27
Ukrayna Milli Kəşfiyyat Xidmətinin xüsusi bölmələri Zakarpat vilayətində ən iri biznes sahiblərindən biri olan azərbaycanlı iş adamı Vaqif Əliyevi saxlayıblar.
Bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.
Onun hansı səbəblərdən dolayı saxlanıldığı məlum deyil.
Lakin ilkin məlumatlara əsasən, Vaqif Əliyevin Rusiya pasportu olduğu ehtimal edilib.