Özünü soydaşlarımızdan öncə təxliyyə edən "diaspor lideri" - Hikmət Cavadov Bakıdan kimə "raket atır?!" - VİDEO

13 mart, 2022 23:42

Məsəl var, “utanmasan oynamağa nə var ki”. Ukraynada gedən müharibə Azərbaycan diasporu adına iddia edən Hikmət Cavadovun da “utanmazlığını” ortaya çıxardı.

Bu şəxs illərdir Ukraynada qeyri-legitim diaspor fəaliyyəti göstərir, Azərbaycan diasporunun fəaliyyətini faktiki olaraq parçalayırdı. Vaxt var idi, böyük-böyük danışırdı ki, təki Qarabağda müharibə başlansın, birinci döyüşə gedən özü olacaq. Onun işğal altında olan Zəngilandan olması da əslində 44 günlük Vətən müharibəsində döyüşlərə qatılmağını daha çox zəruri edirdi. Amma və lakin...

Sentyabrın 27-də ordumuz əks-hücum əməliyyatlarına başlayanda Hikmət Cavadov da öz dəstəsilə Ukraynaya qaçdı. Müharibənin davam etdiyi 44 gün ərzində bir dəfə də olsun Azərbaycana gəlmədi.

İndi eyni fərariliyi Ukrayna müharibəsində də edir. Müharibə başlayan kimi o, yenə öz dəstəsilə Azərbaycana qaçdı. Halbuki, əgər diaspor rəhbəridirsə, hazırda Ukraynada olmalı idi.

Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanov Ukraynada yaşayan soydaşlarımızı təxliyyə edir

Birincisi, əgər Hikmət Cavadov özünü legitim diaspor lideri hesab edirsə, o zaman Ukraynadakı soydaşlarımızın təxliyəsində və daha təhlükəsiz yerlərə köçürülməsində ən azı Moldovadakı səfirimiz Qüdsü Osmanov, keçmiş səfir Azər Xudiyev və digər vətənpərvər həmyerlilərimiz kimi iştirak etməli idi.

İkincisi, illərdir yaşadığı və pul qazandığı Ukraynanın ərazi bütövlüyü uğrunda o da döyüşməli idi.

Amma Hikmət Cavadov isə nə Ukraynaya borcunu ödəyir, nə də normal diaspor işini həyata keçirir, əvəzində ən asan yolu tutaraq, Bakıda oturub Azərbaycan rəsmilərinə qarşı ultimatumla danışır.
 

Bir neçə ay öncəyədək "Ukraynanı qoyub qaça bilmərik" deyən Hikmət Cavadov indi Bakıya qaçıb, Azərbaycanı Ukraynaya dəstək verməməkdə ittiham edir, bildirir ki, “gərək prezident mövqe bildirsin, ondan sonra danışalar”.

Ukraynada Azərbaycan diasporunda bölücülüklə məşğul olan bu şəxs indi də Bakıda Azərbaycann dövlətinə qarşı təxribat mövqeyi sərgiləyir. Çünki Ukraynada yaşanan və geosiyasi toqquşmanın tərkib hissəsi olan proseslər bütün ölkələri, xüsusilə postsovet məkanında olanları çətin vəziyyətə salıb. Bu vəziyyətdə dövlət və milli maraqlara xələl gətirmədən siyasət yürütmək böyük zəka tələb edir ki, Azərbaycan lideri İlham Əliyev hazırda siyasət elmi üçün nümunə ola biləcək belə bir strategiya yürüdür. Bütün bunların fonunda da vətəndaş olaraq Ukraynaya bacardığımız qədər dəstək veririk. Belə bir vaxtda müharibə başlayan kimi Ukraynadan qaçıb Azərbaycana gələn və Bakıda bu cür bəyanatlar verən Hikmət Cavadovun çıxışları təxribatdan başqa bir şey deyil.

Amma əvvəldə dediyimiz kimi, “utanmasan oynamağa nə var ki”. 

Həm Azərbaycanın 44 günlük Vətən müharibəsində, həm də Ukraynanın müharibəsində fərarilik etməyindən zərrə utanmayan Hikmət Cavadov Bakıda oturub yenə böyük-böyük danışmaqla məşğuldur.

Cənab Cavadov, Ukraynaya dəstək vermək istəyən bu gün Bakıda yox, Kiyevdə olmalı idi. Yox, bunun əvəzinə fərarilik edərək, başqa yerlərə qaçanlar ən azı susmalıdırlar...

Zaur Hacılı
Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR