Gənclər idarəsinin tenderini dəfələrlə məhkum olunmuş residivist necə udub? - FAKTLAR

15 mart, 2022 13:02

Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin (Kotirovka sorğusu) qalibi məlum olub.

"Azsiyaset" xəbər verir ki, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “FALESON ” MMC (VÖEN- 1604643141) və “REDO-BM” MMC (VÖEN- 1604641561) olub.



Müsabiqənin şərtlərinə görə, “FALESON ” MMC və “REDO-BM” MMC aşağıda adları qeyd olunan malları Gənclər və İdman İdarəsinə satacaq və qarşılığında 48 min 415 manat alacaqlar:

“FALESON ” MMC-dən alınacaq mallar (28 026 manat)“REDO-BM” MMC-dən alınacaq mallar (20 389 manat)

Diplom (rəngli A4 üzü parıltılı vatman) – 900 ədədDiplom (rəngli A4 üzü parıltılı vatman) – 1 500 ədəd

Diplom üçün çərçivələr – 350 ədədDiplom üçün çərçivələr – 300 ədəd

Kubok (1-ci yer, hündürlüyü 50 sm) – 8 ədədKubok (1-ci yer, hündürlüyü 50 sm) – 29 ədəd

Kubok (2-ci yer, hündürlüyü 45 sm) – 8 ədədKubok (2-ci yer, hündürlüyü 45 sm) – 29 ədəd

Kubok (3-cü yer, hündürlüyü 45 sm) – 8 ədədKubok (3-cü yer, hündürlüyü 45 sm) – 29 ədəd

Suvenir Divar saatı – 90 ədədİdman geyim dəsti (1-ci yer qolu uzun mayka şalvar ilə) – 350 dəst

Suvenir fincan dəsti – 90 ədədİdman geyim dəsti (2-ci yer qolu uzun mayka şalvar ilə) – 350 dəst

Suvenir vaza – 90 ədədİdman geyim dəsti (3-cü yer qolu uzun mayka şalvar ilə) – 226 dəst

Döş nişanı – 1500 ədədFutbol topu (dəri) – 25 ədəd

Plastik qovluq – 3 000 ədədVoleybol topu (dəri) – 14 ədəd

Blaknot – 3 000 ədədBasketbol topu (dəri) – 14 ədəd

Qələm – 3 000 ədədQapı toru (futbol üçün) – 5 ədəd

Buklet – 2000 ədədMedal – 300 ədəd

Masa üstü lampa (hündürlük 35 sm led işıqlı) – 480 ədədBaner – 200 kv. m

Hədiyyə paketi – 360 ədədHədiyyə paketi – 1 000 ədəd

Qalib şirkətlər cəmi bir ay əvvəl yaranıb...

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkətlər yeni yaranıb.

Yasamal rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 22.02.2022-ci il tarixində elan edib. Qalib şirkətlər - “FALESON” MMC və “REDO-BM” MMC isə bundan cəmi bir ay əvvəl - 06.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıblar.

Nizamnamə kapitalı 10 manat olan “FALESON” MMC -nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. Qanuni təmsilçisi Hüseynov Bəxtiyar Rəhman oğludur.


Nizamnamə kapitalı 20 manat olan “REDO-BM” MMC-nin hüquqi ünvanı isə “Nizami rayonu, Keşlə ŞTQ, Pəhlivan Fərzəliyev, ev 8A”da yerləşir. Qanuni təmsilçisi Redo Butşiş Moxammədoviçdir.



Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Qalib şirkətin direktoru residivistdir?

Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan digəri isə qalib şirkət olan “REDO-BM”nin qanuni təmsilçisi Redo Butşişin əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmasıdır. 2010-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan məlumatda göstərilir ki, əvvəllər məhkum olunmuş Redo Butşiş mobil telefon oğurladığı üçün saxlanılıb. 2015-ci ildə mətbuatda gedən məlumata görə əvvəllər məhkim olunmuş 1978-ci il təvəllüdlü Redo Butşiş cibgirlikdə şübhəli bilinərək saxlanılıb və üzərindən marixuana götürülüb.


Qalib gələn digər şirkətlə bağlı isə maraqlı məqam odur ki, “FALESON” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-çoxunun qanuni təmsilçiləri də eyni şəxslər olub.

Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil. Şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

Məsələ ilə bağlı Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılovla əlaq saxladıq. İdarənin rəis müavini sualımıza cavab vermək əvəzinə bizə tender müsabiqəsinin necə keçirildiyini bilib-bilmədiyimiz soruşdu. “Bilmədiyimizi” dedikdən sonra “Gedin öyrənin sonra zəng edərsiniz” deyərək telefonu söndürdü.

Ümumiyyətlə tender müsabiqələrində yeni yaranan şirkətlərin qalib gəlməsi, həmçinin qalib şirkətlərlə eyni ünvanda çoxsaylı şirkətlərin qeydiyyatda olması dəfələrlə qeydə alınıb. Bundan başqa əvvəllər məhkum olunmuş şəxslərin rəhbərlik etdiyi MMC-lərin tenderlərdə qalib gəlməsi də tez-tez müşahidə olunmaqdadır.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi