Prezident Ukraynadakı vəziyyətlə bağlı tapşırıq verib
15 mart, 2022 13:12
“Ukraynadakı hadisələr səbəbi ilə yaranan digər narahatlıq budur ki, nəqliyyat-logistika, idxal olunan məhsullar, qiymət artımı və müxtəlif qadağalarla bağlı ciddi problemlər var”.
Bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür:
“Bunun nəticəsi olaraq Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün olan tədbirlər görülür”.