Ermənilər Putindən Daşaltı-Şuşa yolunda nəzarət postunun qoyulmasını xahiş etdilər

16 mart, 2022 21:28

44 günlük müzəffər savaşımız nəticəsində Şuşadan və digər Azərbaycan  məntəqələrindən Ermənistana köçmüş və bu ölkədəki Kremldən dəstəklənən revanşist və terrorçu xislətli siyasi dairələr tərəfindən körüklənən bir qrup erməni Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçirib.

Bu haqda “ArmenianReport” məlumat yayıb.

Azərbaycan torpaqlarından köçmüş ermənilər Rusiyanın Ermənistandakı səfiri vasitəsilə Rusiya ali rəhbərliyinə, yəni prezident Vladimir Putinə müraciət ediblər. Azərbaycan dövlətinə və ordusuna qarşı hədyan və böhtanlarla dolu müraciətdə  Kremldən Rusiya “sülhməramlı”larının  Şuşa-Daşaltı yolunda Şuşaya gəlib-gedən Azərbaycan avtomobil karvanlarına nəzarət etmək üçün nəzarət-buraxılış məntəqəsinin qurulması üçün göstəriş verilməsini xahiş edirlər.

Əyanilik üçün müraciətin bir hissəsinin tərcüməsini kiçik redaktə ilə nəzərinizə çatdırırıq:

"Biz Rusiyanın ali rəhbərliyinə azərbaycanlı və digər terrorçuların Şuşa şəhərinə girişinin dayandırılmasını xahiş edirik. Sizdən xahiş edirik ki, Karin Tak(Daşaltı-S.L.)-Şuşa yolunda Rusiya sülhməramlıları üçün keçid məntəqəsi yaradasınız.

Bu, neofaşist yaraqlılarını Şuşaya sərbəst şəkildə silah və sursat çatdırmaq imkanından məhrum edəcək və  Stepanakertdə və Artsaxın digər yaşayış məntəqələrində neofaşistlərin mümkün hərəkətlərinə nəzarət etməyə imkan verəcək”.

Üzdəniraq müraciətdə həmçinin qeyd olunur ki,  guya Azərbaycan hakimiyyəti magistral qaz kəmərini partlatmaqla  Qarabağda humanitar fəlakət törədib. Ermənilər eyni zamanda Ukraynanın Donbas və Luqansk bölgələrinə yardım göndərdiklərini vurğulamaqla bu ölkəyə qarşı təcavüzdə Rusiya rəhbərliyinin yanında olduğunu gözə soxurlar(moderator.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR