"Lazım gəlsə, ermənilərə kömək edə bilərik" - "...onlar bizim qonşumuzdur"

17 mart, 2022 10:33

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etdi. Mirzoyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa, hətta sərhədləri açmağa hazır olduğunu dedi. 

Bununla paralel olaraq, rəsmi Bakı da öz təkliflərini Ermənistana təqdim etdi. Rəsmi İrəvan Azərbaycanın təkliflərinə müsbət yanaşdı. Müzakirələrə hazır olduğunu bildirdi.

Son günlər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində yumşalmalar müşahidə olunur. Analitiklər münasibətlərin daha da inkişaf edəcəyini, tezliklə ölkələr arasında əlaqələrin qurulacağını proqnozlaşdırırlar.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu yenisabah.az-a açıqlamasında deyib ki, Ermənistanla gec-tez münasibətlərimiz normallaşacaq:

“Faşist Almaniyası nələr etmişdi. Şəhərləri bərbad edib, insanları öldürmüşdü. Buna baxmayaraq bu gün yəhudilər Almaniyaya gedib orada yaşayırlar. Üstəlik, İsrail Almaniyanın qonşusu deyil, lakin biz istəsək də, istəməsək də ermənilər bizim qonşumuzdur. Münasibətlər onsuz da normallaşacaq”.

Hüquq müdafiəçisi qeyd edib ki, lazım olsa, onlara kömək də edə bilərik:

“Ermənilər birdəfəlik başa düşsünlər ki, özgə torpağına göz dikmək olmaz. Öz torpaqlarında otursunlar. Lazım olsa, onlara kömək də edə bilərik. Xankəndində ermənilər yaşayır. Azərbaycanı, onun bayrağını qəbul etsinlər. Guya onlarla indiyənə qədər yaşamamışıq. İlk dəfə deyil ki. Bizim millətimiz dünyəvidir. Biz dünya ölkələri ilə normal münasibət qurmaq üçün çalışmalıyıq. Hətta düşmənlə belə. Lakin onlar bizə təcavüz edir, torpaqlarımızı istəyir, aşağılayır və o zaman bizim millət bir yumruq kimi birləşir. 44 gün boyunca bizim cavanlarımız nələr etdilər. 30 il düşmən tapdağında olan torpaqlarımızı 44 günə azad etdilər. Ümumiyyətlə, biz düşmənçilik edən insan deyilik”.

N.Cəfəroğlunun sözlərinə görə, ermənilər özləri Azərbaycanla münasibət qurmağa çalışırlar:

“Naxçıvana İrandan da gedə bilərik. Ermənilər özləri də məğlub olduqlarını etiraf edirlər. Hamı o dəhlizdən keçməyə can atır. Ermənilər kənarda qalacaq. Onlar da Azərbaycanla münasibət qurulmağını istəyirlər. Buna zaman lazımdır. Amma heç vaxt onların bizə elədikləri xatirimizdən silinməməlidir. Yaddaşımızda əbədi olaraq qalmalıdır”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"