Bakıda mənzillərin qiyməti və ən çox bahalaşdığı ərazilər məlum oldu 

18 mart, 2022 11:31

Fevral ayında Bakının mənzil bazarında qiymət artımı davam edib.

Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” yanvar ayında paytaxtın 10 rayonu üzrə əmlak bazarının mövcud vəziyyətini təhlil edib. Ötən ilin yekunlarına həsr olunmuş monitorinqin nəticələrinə görə, paytaxtın mənzil bazarında qiymətlərin kəskin artması faktı aşkar edilib. Məlum olub ki, 2021-ci ildə paytaxtda mənzilərin qiymət artımları ikirəqəmli ədədlərlə ifadə olunub.

Bahalaşma tempinin davamlılığını analiz etmək üçün “VECON CONSULTING” fevral ayı üzrə növbəti monitorinq təşkil edib. Son araşdırmalar zamanı məlum olub ki, fevral ayı ərzində də Bakıda mənzillərin qiymətlərində artım qeydə alınıb.

Ənənəvi olaraq hər bir rayon üzrə altı istiqamətdə aparılan araşdırma köhnə və yeni tikili binalarda 1, 2 və 3 otaqlı mənzilləri əhatə edib.

Araşdırma nəticəsində məlum olub ki, paytaxtın mənzil bazarında köhnə tikili binalar üzrə 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 3,3 və 3,1 faiz), 3 otaqlı mənzillər üzrə isə Yasamal rayonunda (3,1 faiz) baş verib. Yeni tikili binalarda isə qiymətlər 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 3,8 və 2,7 faiz), 3 otaqlı mənzillər üzrə isə Səbail rayonunda (3,6 faiz) qeydə alınıb.

Müvafiq olaraq köhnə tikili binalarda birotaqlı mənzillər 1,3, ikiotaqlı otaqlı mənzillər 1,6, üçotaqlı mənzillər isə 1,5 faiz bahalaşıb. Yeni tikili binalarda birotaqlı mənzillər 2,5, ikiotaqlı otaqlı mənzillər 1,5, üçotaqlı mənzillər isə 1,3 faiz bahalaşıb. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə mənzillərin 1 m2 orta təklif qiyməti 2022-ci ilin yanvar ayı ilə müqayisədə

Binəqədi rayonu üzrə 1 558 manatdan 1 577 manata,

Qaradağ rayonu üzrə 1 242 manatdan 1 251 manata,

Nərimanov rayonu üzrə 1 852 manatdan 1 904 manata,

Nəsimi rayonu üzrə 2056 manatdan 2 095 manata,

Nizami rayonu üzrə 1 540 manatdan 1 568 manata,

Sabunçu rayonu üzrə 1 469 manatdan 1 482 manata,

Səbail rayonu üzrə 2146 manatdan 2 191 manata,

Suraxanı rayonu üzrə 1281 manatdan 1 289 manata,

Xətai rayonu üzrə 1 776 manatdan 1 812 manata,

Yasamal rayonu üzrə 1 610 manatdan 1 643 manata yüksəlmişdir.

Ümumilikdə son bir ayda paytaxtda mənzillərin qiyməti 1,6 faiz artıb. Ən yüksək bahalaşma Nərimanov rayonunda (2,8%), ən az bahalaşma isə Suraxanı (0,6%) və Qaradağ (0,7%) rayonlarında baş verib.

Monitorinqin nəticələri cədvəldə göstərilib.

Xatırladaq ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.

Şirkət tanınmış “JSC International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, tanınmış iqtisadçı ekspertdir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR