“Tərəqqi” medallı məmurun həbsində rektor-deputatın da adı hallanır

27 mart, 2022 14:21

Azərbaycan Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatının keçmiş direktoru Natiq Məmmədova bugünlərdə 10 il həbs cəzası kəsilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

66-yaşlı Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yoxlama zamanı yeyintiləri üzə çıxarmamaqdan ötrü 400 min manat rüşvət almaqda, tanışının oğlunu yanğınsöndürən vəzifəsinə işə düzəltmək adıyla pul almaqda, kredit götürmək üçün saxta sənədlərdən istifadə etməkdə suçlu sayılıb. 200 min manatdan bir qədər artıq mənimsəmə olduğunu göstərib...

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı rəsmi qaydada müqavilə bağlayaraq Məmmədovu Qazax filialında yoxlama aparmağa göndərib. Cinayət işinin materiallarında iddia olunur ki, bu filialda 2005-2012-ci il üzrə iri məbləğdə maliyyə çatışmazlıqları, ciddi pozuntuların yekun arayışda qeyd olunmaması üçün Məmmədov filialın rəhbəri İsa Veysovdan 650 min manat rüşvət tələb edib. Veysov əvvəl 50 min manat verib, daha sonra sürücüsü ilə 150 min göndərib və üçüncü dəfə özü 200 min çatdırıb. İddia olunur ki, son nəticədə auditora ümumilikdə 400 min manat pul verilib. Lakin o, yekun arayışda bu filialda 200 min manatdan bir qədər artıq mənimsəmə olduğunu göstərib. İttihama əsasən, o, qalan 250 mini ala bilmədiyinə görə belə arayış tərtib edib.

Özü isə deyir ki, yalandır, nə Veysovdan pul istəyib, nə də alıb. Onun sözlərinə görə, bu haqda ittihamda yazılanlar şər-böhtandır: "Əgər mən ondan pul alsaydım, 200 min manat mənimsəməyə yol verildiyini arayışda göstərməzdim...".

Saxta sənədlərlə kredit, işə düzəltmək ...

"Finca"dan saxta sənədlərlə 20 min dollar kredit götürməsi məsələsinə gəlincə, Məmmədov deyir ki, bu işdə də qanunsuz heç nə olmayıb. Qaydalar çərçivəsində kredit götürmək istəyib, lakin ondan iki nəfər zamin istənilib. O da öz işçilərindən xahiş edib, ona zamin dayanıblar.

İş materiallarında isə iddia olunur ki, sabiq direktor saxta sənədlər hazırlayaraq ona zamin dayanan iki nəfəri rəhbərlik etdiyi qurumun işçiləri kimi göstərib.

Tanışı Cavanşir Nağıyevin oğlu Elvini işə düzəltmək adıyla pul alınması ittihamıyla da razılaşmır. Deyir ki, ona pul lazım olub, borc alıb və qaytarıb: "Bu məsələ araşdırılıb, hüquqi qiymət verilib".

Elvin Nağıyev isə deyir ki, pul borc yox, onu işə düzəltməkdən ötrü verilmişdi. İş düzəlməyəndə pulu geri istəsələr də, qaytarmayıb. Bir müddət sonra atası vəfat etdiyinə görə özü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Bundan sonra 5 min manat qaytarılıb.

"Məni yalandan şahid tutub"

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş müdirindən 400 min manat alınması məsələsi ilə əlaqədar Veysovun sürücüsü də məhkəmədə dindirilib. İddia olunur ki, pulun bir hissəsini Veysov sürücüsüylə göndərib və o da aparıb Gəncədəki otellərdən birində ona çatdırıb. Lakin o deyir ki, belə bir hal olmayıb: "İsa Veysov məni yalandan şahid tutub. Mən heç kimə pul verməmişəm, o adamla da əlaqəm olmayıb. Onu bir dəfə universitetə gələndə görmüşəm. Ağ rəngli maşınla idi. Onda bildim ki, universiteti yoxlamağa gəlib. Vəssalam".

O, yalan ifadə verməsi üçün keçmiş müdiri Veysov tərəfindən təzyiqlərə məruz qaldığını da vurğulayıb.

Veysov istintaqa ifadə versə də, məhkəməyə gəlməyib. O, ifadəsində bildirib ki, auditora verdiyi pulun bir hissəsini Xaçmazda yaşayan qayınlarından borc alıb. Ona görə istintaqda onun qayınları da dindirilib. Lakin məhkəməyə onlar da gəlməyib. Bu adamlar haqqında məcburi gətirilmə qərarı da nəticə verməyib.
400 minin Aqiyə Naxçıvanlıya çatacağını deyib

Veysov iddia edib ki, auditor ondan 400 min manatın rektor Aqiyə Naxçıvanlıya çatacağını deyib. Qalan məbləği də özü üçün istəyib.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialındakı yoxlamalardan az sonra Veysov vəzifəsindən azad edilib. Bir müddət sonra isə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və s. ittihamlarla həbs olunub.

Təqsirləndirilən Məmmədov ittihamlarla razılaşmasa da, məhkəmə fərqli nəticəyə gəlib. Gəncə Ağır Cinayətlər Məhkəməsi onu ittiham olunduğu bütün epizodlar üzrə təqsirli hesab edib. Lakin saxta sənədlərdən istifadə, dələduzluğa cəhd, vəzifə saxtakarlığı kimi əməllər üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona bu maddələrlə cəza təyin olunmayıb. Yalnız külli miqdarda rüşvət alma ittihamı üzrə 10 il həbs cəzası kəsilib.

Məmmədov Prezident İlham Əliyevin 15 sentyabr 2011-ci il tarixli sərəncamıyla "Tərəqqi" medalı ilə təltif olunub.

Amerikaninsesi.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR