Eldar Mahmudovun əmisi oğlunun çoxsaylı mülkləri, avtomobil kolleksiyası - Arvadının 610 min pulu müsadirə edildi

29 mart, 2022 16:38

Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat nəticəsində həbs olunan vəzifəlilərdən biri də ovaxtkı nazir Eldar Mahmudovun əmisi oğlu və köməkçisi Vüqar Mahmudov olmuşdu. Polkovnik-leytenant rütbəsini daşıyan 1977-ci il təvəllüdlü Mahmudov həm də MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini idi.

MTN-in bir sıra generalları, polkovnikləri və digər zabitləri 2015-ci ilin oktyabrında keçirilən əməliyyatdan dərhal sonra həbs olunsa da, Vüqar Mahmudov iki il sonra – 2017-ci il noyabrın 3-də məsuliyyətə cəlb edilmişdi. O, iki il həbsdə saxlandıqdan sonra - 2019-cu il noyabrın 28-də Bakı Hərbi Məhkəməsindən azadlığa buraxıldı.

Sabiq nazirin qohumu və köməkçisi əməliyyat tədbirlərinə, agentlərə və s. büdcədən ayrılan vəsaitləri mənimsəmə, bir sıra iş adamları və başqa şəxsləri heç bir əsas olmadan MTN-ə gətirdib zorla onların özləri və ya yaxınlarının pulunu, əmlaklarını ələ keçirmə kimi əməllərdə suçlanırdı. Bakı Hərbi Məhkəməsi onunla bağlı hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla-əldə olunmuş pul və əmlakların leqallaşdırılması kimi ittihamlara xitam verdi. Polkovnik Mahmudov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinsə də, ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub və hökm oxunan günə qədər həbsdə qaldığı 2 il 25 günlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün elanından dərhal sonra da məhkəmə zalından azad edilib.

Mahmudovun həbsindən sonra onun özünə və ailə üzvlərinə məxsus onlarla daşınar və daşınmaz əmlakın, banklarda olan pulların üstünə həbs qoyulmuşdu. Məhkəmə onların da müsadirəsinə qərar vermişdi. Əmlakların siyahısına baxanda görünür ki, sabiq MTN polkovnikinin maşın kolleksiyası varmış. O, həm son model bahalı avtomobillərin, həm də qədimi – 50-60 yaşı olan maşınların sahibi olub.

Məsələn:

1955-ci il buraxılışlı "Moskviç 401"

1971-ci il buraxılışlı "QAZ-2410"

1987-ci il buraxılışlı "QAZ-2410"

1987-ci il buraxılışlı "QAZ-2410"

1988-ci il buraxılışlı "QAZ-2410"

1991-ci il buraxılışlı "QAZ-2410"

1992-ci il buraxılışlı "QAZ-2410"

1994-cü il buraxılışlı "QAZ-3102"

2013-cü il buraxılışlı "Citroen C4"

2014-cü il buraxılışlı "Mercedes Benz E-350"

2014-cü il buraxılışlı "Toyota Camry"

2015-ci il buraxılışlı "Citroen C4 Picasso"

2015-ci il buraxılışlı "Jaguar XJ".

Çoxsaylı evlər, torpaq sahələri...

Avtomobillərdən əlavə, çoxsaylı evlər, torpaq sahələri də müsadirə olunub. Onların arasında Buzovna və Xocasən qəsəbələrində yerləşən ev, paytaxtın mərkəzində - Bülbül prospektində və Həsənbəy Zərdabi küçəsində mənzillər, Səbail rayonunda torpaq sahəsi də olub. Həmçinin müxtəlif banklarda Mahmudovun adına olan və dollar hesabında depozitdə saxlanılan 120 min dollara yaxın vəsaitin də dövlət nəfinə keçirilməsinə qərar verilib.

Cinayət işinin materiallarından məlum olur ki, sabiq nazirin köməkçisi və əmisi oğlu saxlanılanda təkcə "Montblanc" markalı əl çantasında 2 min dollar və 2 min 900 manat pul olub. Həmin vəsaitlər də müsadirə edilib.

Lakin Mahmudovun evindən götürülən 7 min 600 manat pul və təxminən 32 min manatlıq qızıl-zinət əşyaları ona geri qaytarılıb. Həyat yoldaşının adına bankda olan 90 min dolların üzərindən həbs götürülüb.

Mahmudov azadlığa buraxılmasına baxmayaraq, hökmdən narazı qalıb və yuxarı instansiya məhkəmələrinə şikayət verib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə qismən onun xeyrinə dəyişib – müsadirəsinə qərar verilmiş əmlakların əksər hissəsi, o cümlədən evlər, torpaq sahələri və yeni avtomobillərin (2013, 2014, 2015-ci il buraxılışlı "Jaguar", "Mercedes", "Citroen") hamısı geri qaytarılıb. Qədimi avtomobil kolleksiyasından isə yalnız 1991-ci il buraxılışlı "QAZ-2410"un Mahmudova qaytarılmasına qərar verilib.

603 min dollar və 8 min manata hüquqi qiymət verilməyib

Mahmudovun əmlaklarıyla bağlı məhkəmə çəkişmələri indiyədək davam edir. Ali Məhkəmənin bu qərarından sonra prokurorluq apellyasiya protesti verərək əmlakların müsadirəsi ilə bağlı hissədə hökmün dəyişdirilməsini istəyib. Protestdə göstərilib ki, Bakı Hərbi Məhkəməsi bu məsələdə qanunvericiliyin tələblərinə əməl etməyib. Söhbət Ali Məhkəmənin geri qaytardığı əmlaklardan getmir. Prokurorluq vurğulayıb ki, hərbi məhkəmədə bu işə baxan hakimlər Mahmudovun həyat yoldaşının adına "Kapitalbank"ın Sabunçu filialında olan 603 min 437 dollar və 8 min 400 manat vəsaitlərlə bağlı məsələyə hüquqi qiymət verməyib. İstintaq dövründə bu vəsaitlərin də üzərinə həbs qoyulub, məhkəmədə dövlət ittihamçısı Mahmudova cəza tələbi ilə bağlı çıxışında həyat yoldaşının adına olan pulların da müsadirəsini təklif edib. Lakin Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası hökmdə bu pullarla bağlı məsələyə, ümumiyyətlə, toxunmayıb.

Bakı Apellyasiya Məhkəməsi martın 4-də Nuranə Mahmudovanın adına olan 8 min 400 manat və 603 min 437 dolların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına qərar verib(virtualaz.org).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR