"Bakının bombalanmasını" istəyən "Rossia-24" niyə bloklanmır?!

29 mart, 2022 16:59

Bütün dünya mediasının diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsində Azərbaycan mediası obyektivliyə söykənən məlumatların tirajlanmasına üstünlük verən azsaylı medialardandır. Həm Ukrayna, həm də Rusiya tərəfinin döyüşlərlə bağlı məlumatları yayımlanır, hər iki tərəfə söz haqqı tanınır. Təbii ki, Ukraynanın ərazi bütövlüyünün pozulması bütün bunların kontekstində dəyişməz fakt olaraq qalmaqdadır.

Lakin Rusiyada Azərbaycanın bir neçə rusdilli media resursunun yayımı anti-Rusiya təbliğatı iddiası ilə bloklanıb. Təəccüblü, həm də ədalətli olmayan mövqedir. Çünki Azərbaycan mediası Rusiyanın rəsmi məlumatlarına istinad etdiyi kimi, Ukraynanın da rəsmi məlumatlarına istinad edir və belə bir iddia ilə bloklama qərarı yumşaq desək obyektiv deyil.

Hərçənd ki, məsələ təkcə bununla da bitmir. Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin “Rossia-24” telekanalında Bakı birbaşa hücum çağırışı etdi.

Delyaqin deyir ki, Bakının neft yataqları nüvə silahı ilə vurulmalıdır.

Dövlət Dumasının deputatının belə bir çağırışının absurd olduğu aydındır. Burada əsas məqam “Rossia-24” kanalının niyə belə çağırışlara platforma olmasıdır.


Mixail Delyaqin “60 minut” verilişinin efirində bu çağırışı edəndə nə aparıcı ona etiraz etdi, nə də digərləri. İddia edə bilərlər ki, bu, Delyaqinin şəxsi fikirləridir. Halbuki, bu şəxs küçədən keçən deyil, Dövlət Dumasının deputatıdır, Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvdür, 2-ci dərəcəli həqiqi dövlət müşaviridir. Yəni, onun çağırışını diqqətə almamaq mümkün deyil. Belə bir şəxsin “Rossia-24” telekanalının efirindən Azərbaycana qarşı “bombardman edilsin” çağırışı təkcə məsuliyyətsizlik yox, Rusiyada hansısa dairələrin düşündüklərinin açıqlanması kimi də qəbul edilə bilər.

Buna paralel olaraq, “Rossia-24” telekanalının bu kimi təhdidlərə platforma olması bu kanal haqqında düşünməyi vadar edir. Xüsusilə Azərbaycanın media resurslarının qərəzli şəkildə Rusiyada bloklanması fonunda sual yaranır ki, ölkəmizə qarşı hücum təhdidlərini tirajlayan belə telekanal niyə bizdə bloklanmamalıdır?

Azərbaycan mediası təkcə Ukraynanın rəsmi məlumatını yayımladığı üçün Rusiyada bloklanır, lakin “Bakını bombalamaq” çağırışını tirajlayan “Rossia-24” telekanalı hələ də Azərbaycanda yayımlanır. 

Bu telekanal 44 günlük Vətən müharibəsində də anti-Azərbaycan təbliğatı aparırdı, işğalçı Ermənistanın mövqeyinə üstünlük verirdi. Həmin vaxt Azərbaycan dövləti humanist yanaşma və dözümlülük sərgiləyərək, telekanalı bloklamadı. Görünür ki, telekanalın rəhbərliyi cəzasızlıq mühitindən daha da ruhlanıblar və “Bakının bombalanması” kimi təhdidləri tirajlayırlar. Azərbaycan media resurslarını haqsız yerə bloklayan Rusiyadan fərqli olaraq, “Bakının bombalanmasını” istəyən “Rossia-24” telekanalını bloklamağa Azərbaycanın tam haqqı var.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR