Azərbaycanda çörəyin qiyməti 2 manat ola bilər

30 mart, 2022 10:15

Rusiya-Ukrayna müharibəsinin ərzaq qıtlığı, bahalaşma ilə müşayiət olunacağı son günlər ən çox müzakirə olunan məsələdir. Çörəyin qiymətinin bahalaşacağı ilə bağlı da məlumatlar dolaşır. 

İddia olunur ki, çörəyin qiyməti 1 manatadək yüksələ bilər. Məlumatlara görə, bəzi çörək zavodlarına unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərdarlıqlar olunub. Bu məlumatlar əhalini də təşvişə salıb. Hətta bəziləri un tədarükünü öncədən görür və bunu artım olacağı ilə əlaqələndirirlər. Bəzi ekspertlərin fikrincə, insanların əvvəlcədən tədarük görməsi, piştaxtaların boşalmasına, qıtlığa, qiymət artımına səbəb olacaq. 

Nəzərə alınsa ki, Rusiya dünyada taxıl ixrac edən ölkə kimi birinci yerdədir. Ukrayna ilə Rusiya müharibə apardığı dönəmdə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bu sanksiyalardan sonra bu ölkə də bu il taxıl satışını dayandırdığını bildirib. Daha bir taxıl idxalçısı Ukraynanın  dəniz hövzələrinə çıxışı əngəlləndiyi üçün dünya bazarında taxılın qiymətinin sıçrayışla qalxması mümkündür. Çörəyin qiymətinin nəinki 1, hətta 2 manata yüksələ biləcəyi haqda iddialar var. Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi? Bunun qarşısını necə almaq olar?

Mövzunu iqtisadçı alim Vüsalə Əhmədova  musavat.com-a belə şərh edib:

“Çörəklə bağlı qısamüddətli qiymət artımı ehtimalı var. Hazırda Rusiya və Ukraynadan taxıl idxal edən bütün ölkələr alternativ bazar axtarışındadırlar. Düşünürəm ki, alternativ bazarlar kimi Asiya ölkələri, o cümlədən dünyanın ən iri buğda istehsalçılarından biri olan Pakistan gözdən keçirilə bilər. Dünyanın digər ən iri buğda istehsalçıları Çin, Hindistan, ABŞ, Kanada və Avstraliyadır ki, bu ölkələrdən yükdaşıma və logistika xərcləri yüksək olacaq. Belə olan halda, çörəyin qiymətində kəskin bahalaşma yaranmaması üçün hökumət subsidiyalar tətbiq etməlidir”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə deyib ki, tədbir görülməsə, qiymət artımı qaçılmaz olacaq:

“Rusiyadan taxıl ixracı dayandırılır, Ukraynanın özündə qida məhsullarına ehtiyac duyulur. Başqa ölkələrdən isə taxıl məhsullarının gətirilməsi baha başa gələcək. Sahibkar subyekti orada nə qazanırsa, istər-istəməz gətirdiyi malın üstünə rüsum pulunu qoyacaq. Bu da bahalaşmaya gətirib çıxa bilər. Ona görə də vergi, gömrük, xüsusən də subsidiyalaşma ilə bağlı qərar verilməlidir. Bu sahədə əlavə dəyər vergisindən azad olma var. Dövlət artım nisbətində müəssisələr üçün subsidiyalaşma həyata keçirsə, minimum qiymətə, yəni 65 qəpiyə satılan çörəyin qiymətinin artmasının qarşısını almaq olar. Təbii ki, burada ƏDV-dən azad olmalar var. Çünki onsuz da bazarda 2 manat-2 manat 50 qəpiyə çörəklər də var. Əhalinin daha çox hissəsi minimum qiymətə olan çörəyi alır. Ona görə düşünürəm ki, dövlət burada kompensasiya tədbirləri görsə, qiymət artımından qaçmaq olar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR