"Rusiya üzən minaları Qara dənizə qəsdən buraxır" - Ukrayna XİN

30 mart, 2022 15:21

“Ukrayna Qara dənizdəki qeyri-qanuni fəaliyyətlərə, hərbi cinayətlərə və xüsusən də dəniz minalarından Qara dənizdə nəzarətsiz şəkildə qeyri-qanuni silah kimi istifadəyə görə Rusiyanı beynəlxalq məsuliyyətə cəlb etməkdə israr edir”.

Bu barədə Ukrayna XİN-in yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri "Qara dənizdə hərbi dəniz qüvvələrinin qeyri-qanuni fəaliyyətini artırıb".

"Rusiya mülki dəniz gəmilərini ələ keçirib məhv etməklə, dənizdən Ukrayna ərazisini bombalamaqla yanaşı, dəniz quldurluğunun yeni üsulundan istifadə edir - dəniz minalarından nəzarətsiz üzən sursat kimi istifadə edir. Məhz bu üzən minalar 2022-ci il martın 26-28-də Türkiyə və Rumıniya sahillərində tapılıb", - XİN-dən bildirilib.

XİN-in bəyanatında qeyd edilib ki, araşdırmaların nəticəsinə görə, bu minalar 2022-ci ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrində qeydiyyata alınmayıb.

"Bu minalar Rusiya silahlı qüvvələri tərəfindən 2014-cü ildə Ukraynanın Sevastopol şəhərinə hərbi müdaxilə və şəhərin müvəqqəti işğalı zamanı ələ keçirilib. Buna görə də Rusiya 2014-cü ildə ələ keçirilən dəniz minalarından istifadə edərək, Ukraynaya qarşı məqsədli şəkildə təxribat törədir və beynəlxalq tərəfdaşlar qarşısında gözdən salmağa çalışır.

Ukrayna Xarici İşlər Nazirliyi vurğulayır ki, Rusiyanın üzən dəniz minalarından qəsdən istifadə etməsi bu minaları faktiki olaraq ayrı-seçkilik qoyulmadan istifadə edilən silaha çevirir və bu, ilk növbədə, Qara və Azov dənizləri, həm də Kerç və Qara dəniz boğazlarında mülki naviqasiyanı və dənizdəki insan həyatını təhlükə altında qoyur".

Ukrayna XİN bəyan edib ki, üzən dəniz minalarından istifadəyə, habelə onların gözlənilməz nəticələrinə görə məsuliyyət yalnız Rusiya Federasiyasının və onun dəniz qüvvələrinin üzərinə düşür.

XİN-dən o da bildirilib ki, Ukrayna beynəlxalq öhdəliklərinə sadiq qalaraq Rusiyanın Qara dənizdə üzən minalardan istifadə etməsi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına xəbərdarlıq edib, habelə beynəlxalq tərəfdaşlar məlumatlandırılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR