MİDA-dan saxtakarlıq: 5 saniyəyə 500 mənzil satıldı - Vətəndaşların haqlı etirazı

30 mart, 2022 15:50

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı  Yasamal yaşayış kompleksinin ikinci mərhələsi bu gün başa çatıb.

"Azsiyaset'" demokrat.az-a istinadla xəbər verir ki, MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışda iştirakçıların əksəriyyəti bir neçə saniyə ərzində evlərin yoxa çıxmasından şikayət edirlər.

Vətəndaşlar 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satıldığını deyirlər.

Misal üçün, Amin Nəzərli adlı vətəndaş da qeyd edir ki, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarması mümkünsüzdür:

"Həmişəki kimi uzun illər müəllim işləyənlər, gənc ailələr, elm adamları və bir çox layiqli şəxslər layihədən uzaq və evsiz qaldı. Qurulan ədalətsiz seçim prinsipi davam etdi. Maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. MİDA-nın xəbəri yoxdur (bəlkə də var). Yəni, qısaca MİDA-ya bir NİDA!".

Aqşin Ağayev adlı digər iştirakçı da MİDA-nın təşkil etdiyi satışın şəffaf keçirilmədiyini deyir:

"Mənzil İnşaat Dövlət Agentliyi Yasamal rayonunda 2-ci dəfə mənzillərin satışına bu gün saat 11:00-da start verib. Ev almaq istəyən şəxslərin deyərdim ki, 90 faiz qismi proqramçılarla müraciət edib. Hazırda demək olar ki, hər kəs ev ala bilmədikləri üçün narazılıq edir. Hətta, bu prosesi 6, 7, 8, 9 saniyə ərzində etməsinə baxmayaraq. Belə çıxır ki, bu mənzilləri almaq üçün ya bir sehr ya da ilahi qüvvələrin köməyindən istifadə etmək lazımdır. Bu prosesin tam şəffaf olduğunu MİDA necə sübut edə bilər? Və ya hardan izləmək mümkündür?
 "Sosial ev", "güzəştli mənzil" hesab edilən evlərdən yararlanmaq bu qədər çətin olmamalıdır!".

Elman Mütəllim adlı başqa bir iştirakçı isə MİDA-nın təşkil etdiyi satışı "açıq alver" adlandırıb.

Onun sözlərinə görə, ilkin mərhələ üçün üçün satışa çıxarılmış sosial evlərin birinci mərhələsi uğursuz olub:

"Komanda üzvümüzdən yalnız bir nəfər qalib gələ bildi. Ən uzunmüddətli seçimimiz 9 saniyə olsa da (Bu ən yüksək göstəricilərdəndir) uğur qazana bilmədik. Əgər burada açıq-aşkar alver getmirsə, biz də birşey bilmirik. Allah sizə min lənət eləsin. Kasıbın, ehtiyacı olanların haqqına girdiniz yenə. 8 saniyəyə seçimimizi qəbul etməyən sisteminiz başınıza dəysin. Əgər deyirsinizsə ki, bacarmadınız, sizin ümumi proqramçılarınıza masterclass keçəcək komandayla girmişdik seçimlərə (5-ci saniyədə bloklanmışdı seçimlər). And olsun allaha, açıq alver etdilər. Bütün sistem bloklandı, tanıdığım bütün seçimə girənlərin hər biri məyus oldu. Bu dərəcədə olmamışdı heç. İlkin mərhələ belə getdi. Növbəti seçimdə öz adıma da iştirak edəcəm. Amma bu gedişlə heçnə udmaq olmaz. Xahiş edirəm, bu işi görən proqramçılar, işıqlandırın, qorxmayın", - deyə Elman adlı iştirakçı əlavə edib.

Tanınmış jurnalist Afət Yaqubova isə qeyd edib ki, bu günün gündəmi 5 saniyəyə 500 ev satan MİDA ola bilər.

Qeyd edək ki, MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışı ilə bağlı vətəndaşların şikayətlər yüzlərlədir.

Vətəndaşların narazılıqları ilə bağlı MİDA rəhbərliyi telefon zənglərimizə cavab verməyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR