İradə Əlilinin Qarabağ mövzusunda üç kitabının təqdimatı olub

31 mart, 2022 15:19

Martın 30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti və “Laçın həsrətim” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitablar Azərbaycan, ingilis və rus dillərində çap olunub.
Tədbirdə əvvəlcə soyqırımı qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdim olunan kitablar haqqında məlumat verərək bildirib ki, hər üç kitabda Qarabağın tarixi, coğrafi ərazisi, Milli qəhrəmanları, şəhidləri, qaziləri haqqında məlumatlar öz əksini tapıb.
Kitabın xarici dillərdə nəşrinin əhəmiyyətini vurğulayan direktor deyib: “Biz ölkəmizin tarixi haqqında olan müxtəlif dillərdə dərc olunan kitablara ehtiyacı ən çox xaricdə keçirilən sərgilər, tədbirlər zamanı hiss edirik”.

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye qeyd edib ki, bir pakistanlı olaraq azərbaycanlılar arasında olmaq çox xoşdur. O, Pakistan ilə Azərbaycan arasında daim mövcud olan qardaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, 44 günlük II Qarabağ müharibəsi dönəmində qardaş Pakistan xalqı və hakimiyyəti daim Azərbaycanın yanında olaraq öz siyasi və mənəvi dəstəyini əsirgəməyib. Səfir çıxışında vurğulayıb ki, ədəbiyyatçı olmasa da, belə kitabların nəşr olunması onu fərəhləndirir: “Texnologiyaların inkişafı müasir dönəmimizdə kitablara olan ehtiyacı azaldıb, məhz bu dövrdə belə əhəmiyyətli nəşrlərin olması çox vacibdir”.

Səfir müəllifi kitabların nəşri münasibətilə təbrik edib.

Türkiyə və Azərbaycan İş Adamları İctimai Birliyinin (TÜİB) direktoru Hüseyn Böyükfırat çıxışında bildirib ki, Türkiyə və Pakistan 44 günlük II Qarabağ savaşı dönəmində daim qardaş Azərbaycanın yanında olub: “Savaşın ilk dönəmlərindən daim öz çıxışlarımda vurğulamışam ki, qələbəyə görə şəhidlərimizə, qazilərimizə borcluyuq, onların bu əzmkeşliyini heç vaxt unutmamalıyıq”.

Rumıniya Mədəniyyət Mərkəzinin rəhbəri İosefina Batto tədbirdə iştirakından məmnunluğunu ifadə edib. Tədbirin əhəmiyyətindən danışan natiq İradə Əlilinin Xocalı faciəsindən bəhs edən kitabının rumın dilinə tərcümə olunması layihəsindən bəhs edib.
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova çıxış edərək rektor Kamal Abdullanın salamlarını çatdırıb. Qeyd edib ki, İradə Əlilinin Xocalıya həsr olunan kitabının ispan, italyan, fransız dillərinə çap olunması nəzərdə tutulur.

Tədbirdə çıxış edən digər natiqlər müəllifin yeni kitablarının mövzu baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

İradə Əlili çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirib və kitabların çapında əməyi keçən hər bir şəxsə təşəkkürünü çatdırıb.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan İradə Əlilinin müəllifi olduğu kitabların sərgisi ilə tanış olublar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR