Şeyxin qudası partlayışdan danışdı - "Bunların valideyni yoxdur?"

04 aprel, 2022 17:15

Partlayışı dinlə əlaqələndirmək düzgün deyil. Hesab edirəm ki, bu, allahın bəlasıdır. Başlarına gəlib. Allah bilər, özləri bilərlər”.

Azsiyaset.com xəbər verir ki, bunu Şeyxin qudası, keçmiş deputat Qalib Salahzadə ötən gün paytaxtda baş vermiş partlayışla bağlı danışarkən deyib. Sabiq deputat qeyd edib ki, Ramazan ayında şadlıq yerlərinə, klublara, əyləncə mərkəzlərinə gedən adamlara pis baxır:

“Camaat özü necə fikirləşir, özü bilər. Amma belə şeylərə yaxşı baxmıram. Mən cavan vaxtı ancaq toylara getmişəm, barlara getməmişəm. Düzdür, əvvəllər belə yaşayış tərzi də yox idi. Biz uzağı axşam saat 10-da evdə olmalı idik”.

Q.Salahzadə gənclərin gecə saatlarında klublarda olmağına yaxşı baxmadığını vurğuladı:

“Ümumiyyətlə, pis baxıram ki, axşam saat birdir, ikidir uşaq evdə yoxdur, barlardadır. Bu, yaxşı şey deyil. Bunların valideyni yoxdur? Övladlarına nəzarət etməlidirlər. Onu qeyd edim ki, biz belə tərbiyə almamışdıq. Düzdür, indi əvvəlki dövr deyil, başqadır. Əvvəl azadlıq, firavanlıq yox idi. İndiki gənclər rahat yaşamaq istəyirlər. Saat 2-3-dü onlar haradasa, kiminsə yaşını qeyd edirlər. Valideynləri də icazə verir. Bu gün Cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın sayəsində həqiqətən də camaat yaxşı yaşayır, günü-güzəranə düzəlib. Əlbəttə ki, çatışmamazlıqlar da var. Bunlar da təbiidir. Bu gün hər kəs istəyir ki, uşağı yaxşı böyüsün. Ancaq gənclərin gecə klublarında vaxt keçirməyinə, gecə saat 2-3-də elə yerlərdə olmağını normal qarşılamıram”.

Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR