Sabah Həsənquliyevin ayağı büdrəsə, Oqtay Abuzərov hansı mövqeyi tutacaq? - ETİRAZ

05 aprel, 2022 23:45

El qınağı, yoxsa Qüdrət Həsənquliyevdən qazanılan divident- Oqtay Abuzərov hansını seçəcək?

Bu gün təsadüfən bir məclisdə jurnalist həmkarımız, Demokrat.az saytının rəhbəri Vasif Həsənli ilə görüşdüm. Ondan niyə və kim tərəfindən məhkəməyə verildiyi ilə maraqlandım. Bu barədə xəbəri saytlarda oxuduğum üçün , ətraflı məlumata malik deyildim.

Məlum oldu ki, Vasifi məhkəməyə verən şəxs əslən Salyan rayonundan olan iş adamı Oqtay Abuzərovdur. Xatırladım ki, Vasifin özü də salyanlıdır. Hətta iddiaçı ilə həmkəndlidirlər. Həmkarım mənə məhkəməyə təqdim edilən iddia ərizəsini verdi ki, işlə ətraflı tanış olum.

Məlum oldu ki, sən demə, iş adamı bir dəfə fevral ayında Vasifi xüsusi ittiham qaydasında məhkəməyə verərək, jurnalistin həbsini tələb edib. Onun həmin iddiası məhkəmə baxışına təyin olunmayaraq , rədd edilib.

Ürəyi soyumayan iş adamı bu dəfə jurnalisti mülki qaydada məhkəməyə verib, hazırda ondan 50 min manat maddi təzminat tələb edir. Sual yaranır: görəsən, Vasif iş adamından nə yazıb ki, o, bütün maddi, inzibati resurslarını bir jurnalistin həbsinə, cəzalanmasına səfərbər edib?

İddia ərizəsindən məlum olur ki, sən demə, iş adamını daha çox narahat edən məsələ onun deputat Qüdrət Həsənquliyevin biznes şəriki kimi təqdim edilməsi olub. İnsafən deyim ki, mənim özüm də Qüdrət bəyi çox imkanlı siyasətçi kimi tanıyıram.

Hətta deyərdim ki, siyasətdə bəlkə də ondan çox mənfəət götürən ikinci adam görməmişəm. Qüdrət bəyin biznesinin olması heç kimə sirr deyil. Təbiidir ki, ictimai-siyasi mövqeyi Qüdrət bəyə özünü uğurlu iş adamı kimi təqdim etməyə imkan vermir. Güya hansı məmur və ya deputatın biznesi öz adınadır

Əlqərəz, Qüdrət bəy defakto iş adamı olsa belə, deyure ona həmin fəaliyyəti şamil edə bilmərik. Bu baxımdan da, Vasifin məhvinə çalışan həmkəndlisinin Qüdrət bəylə məhz defakto, yəni sənəddə yox, sözdə şərik olması mümkündür.

Həmin adamın adı Qüdrət bəyə təsadüfən çalaq da edilmir. Onların ali məktəbdə tələbə yoldaşı və yaxın dostluq münasibətlərinə malik olduqları bildirilir. Belə olan təqdirdə, iş adamı üçün adının Qüdrət bəylə yanaşı çəkilməsi əslində fəxarət olmalıdır. Bəlkə belə təqdiman Oqtay Abuzərovdan daha çox elə Qüdrət Həsənquliyevin özünü narahat etdiyi səbəbindən belə həngamə qopub.

Düzü, çox maraqlıdır…

İddiaçı həm də adının Qüdrət bəyin şəriyi kimi, yəni müxalifətçi olaraq çəkilməyindən də narahatlığını gizlətmir. Nə qədər qəribə olsa da, iddiaçı bunu özünə təhlükə və hətta dövlətə qarşı olmaq kimi yozur. Mən bilirəm ki, əksinə, Qüdrət bəyin əsas siyasi fəaliyyəti onu hamının müxalifət kimi qəbul etməsinə yönəlib. Çünki Həsənquliyevin həqiqi müxalifət olduğuna cəmiyyətdə birmənalı münasibət yoxdur.

İddia ərizəsində diqqətimi çəkən başqa və deyərdim ki, ən vacib bir məqam iş adamı Oqtay Abuzərovun çox yaxın bir qohumundan imtina edərək, rəhmətə gedən hörmətli bir adamla adının yanaşı çəkilməsini özünə təhqir kimi qəbul etməsidir. Söhbət Salyanın Qaraçala kəndindən olan Nağıyev Əlisəf Musa oğlundan gedir.

Bu şəxslə iddiaçı quda olub. 1999-cu ildə avtomobil qəzasında dünyasını dəyişən Əlisəf kriminal aləmdə avtoritet şəxslərdən olub. Maraqlıdır, Abuzərov bu şəxslə adının qoşa çəkilməsini istəmirdisə, onda niyə onunla qohum olurdu? Mən iddianın bu hissəsini milli mənəvi dəyərlərimizə zidd addım kimi qəbul etdim.

Yadıma elə Salyandan deputat seçilən Fəzail Ağamalının Rövşən Lənkəranski ilə bağlı ona ünvanlanan suala verdiyi cavab düşdü. Həmin vaxt Fəzail Ağamalı “oğru” ilə qohumluq əlaqəsini təsdiqləmişdi və hətta Lənkəranskini yaxşı oğlan kimi tərifləmişdi də.

Hər halda, Oqtay Abuzərovun cəmiyyətdəki tanınma əmsalı Fəzail Ağamalıdan qat-qat azdır. Ona məsləhət görərdik ki, məhkəməyə gəlməzdən əvvəl öz deputatları ilə bir tərbiyyəvi mahiyyətli söhbət etsin.

Şəxsən mən bu mövzuda ünvanıma yazılanları “təhqir” hesab etməyin özünə belə TƏHQİR sayardım. Hörmətli Oqtay Abuzərov heç olmasa el qınağını nəzərə al və get o biabırçı iddia ərizəni geri götür! Hesab edirəm ki, məhz bu məqamı Qüdrət Həsənquliyev də ciddi nəzərə almalıdır. Bu gün həyatda olmayan qohumu ilə adının yanaşı çəkilməsini özünə təhqir sayan iş adamı, görəsən sabah Həsənquliyevin ayağı büdrəsə hansı mövqeyi tutacaq?

Məhəmmədəli Qəribli
"Azinforum.az" saytının baş redaktoru

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR