"Medianın cərimələnməsini istəmək heç kəsə fayda gətirməyib" - Əflatun Amaşov iş adamının hərəkətini pislədi

08 aprel, 2022 11:29

Mediada və sosial şəbəkədə yayılmış bir xəbər diqqətimi çəkdi. İstərdim ona münasibət bildirim.

Ümumən onu deyim ki, Azərbaycan Mətbuat Şurası olaraq biz həmişə jurnalistlərin və kütləvi informasiya vasitələrinin məhkəməyə çəkilməsinə qarşı olmuşuq. Bununla bağlı tövsiyələr vermiş, çağırışlar etmişik. Təbii ki, mediaya dair problemlər var və həmişə də olub. Ancaq hesab edirəm ki, problemlərin məhkəməyə qədər həlli yolları mümkündür.  Mətbuat Şurasının təcrübəsi də bunun sübutudur.

"Demokrat.az" saytına qarşı şikayət vaxtilə Şurada müzakirə edilib. Saytın baş redaktoru, gənc həmkarım Vasif Həsənli məsələyə həssas yanaşıb. Lakin sonradan məsələ məhkəmə müstəvisinə daşındı ki, bu barədə söz açmaq istəmirəm. Hər halda narazılıqlara Mətbuat Şurasında son qoyulmalıydı. Təəssüf ki, mövcud müzakirələrdən sonra iş adamı Oqtay Abuzərov məhkəməyə üz tutdu. Jurnalistin həbsini tələb etdi ki, bu isə təmin olunmadı. 

Hazırda Oqtay Abuzərov yenə "Demokrat.az" saytını və onun rəhbəri Vasif Həsənlini məhkəməyə verib, yüksək məbləğdə cərimələnməsini tələb edir. Əlbəttə, məhkəməyə müraciət hər kəsin hüququdur. Ancaq yenə o fikirdəyəm ki, müəyyən kompromis variantların tapılması və tərəflər arasında barışığın əldə edilməsi mümkündür. Elə bilirəm ki, Vasif Həsənli buna razıdır. 

Digər yandan, o da nəzərə alınmalıdır ki, media orqanının yüksək məbləğdə cərimələnməsi istəyində olmaq indiyədək heç kəsə fayda gətirməyib. Eyni zamanda media orqanının məhkəmə ilə üzləşməsi faktı da ona divident vermir.  Əminəm ki, ölkəmizin öz dəst-xəttilə seçilmiş internet media orqanlarından sayılan "Demokrat.az"ın rəhbərliyi bunu qəbul edir. Yaxşı olardı ki, qarşı tərəf də məsələyə öz üzərinə düşən həssaslıqla münasibət göstərsin. 

Bir daha tərəfləri barışığa, aralarındakı narazılığı danışıqlar, qarşılıqlı güzəştlər yolu ilə həll etməyə çağırıram.

Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR