"Topaz" müsibətindən "Poz, qazan” faciəsinə keçid - "O kişinin anası da, xanımı da..."

09 aprel, 2022 14:46

Şəhərin hansı metro stansiyasından çıxmağımızdan, hansı avtobusdan enməyimizdən asılı olmayaraq bizi ilk qarşılayan “poz qazan” piştaxtası və onun ətrafına toplaşmış qocadan cavanadək olan insanlardır. 

Hər kəs əlində bir və ya bir neçə lotoreya ilə pozur. Pozur ki, bəlkə nəsə qazanar. Son zamanlar bu lotereyanın məhşurlaşmasının başlıca səbəbi insanların bu lotereyadan itirdiklərini yox, qazanclarını bəyan etməsidir. Sosial çətinliyin və işsizliyin olduğu bir dövrdə insanların son ümid yeri bu lotereyalardır.

Təsadüfi deyil ki, bir neçə gün öncə bu lotereyadan qazanılan 200.000 manatdan sonra iki əmioğlu mübahisə edərək polis tərəfindən saxlanıldı. Demək, bu həm də ailələrdə münasibətlərin korlanmasına yol açan bəladır.

Mövzu ilə bağlı yenisabah.az-a danışan Sosiolaq Əhməd Qəşəmoğlu ölkəmizdə kazinoların qadağan olunduğunu, lakin qumarın müxtəlif formalarından istifadə edildiyini deyib:

“Əvvəla, bunun artmasının birinci səbəbi odur ki, cəmiyyətin özündə buna şərait var. Belə oyunların populyarlaşması üçün şərait yaradılıb. Azərbaycan cəmiyyətinin bir nömrəli problemi kimi biz çalışmalıyıq ki, cəmiyyətə mənəvi dəyərlərə təsir edən, cəmiyyətə xoş təsir bağışlamayan amillər az olsun. Tarix boyu o cəmiyyət daha ahəngdar inkişaf yolunda olub ki, o cəmiyyətlərdə mənəvi dəyərlər öndə olub. Amma biz hələlik bu kimi şeylərə fikir vermirik. Müəyyən insanlar o, oyunların qurulmasında əhalini fikirləşmirlər. Onlar öz gəlirini düşünürlər. Bu, qumara dəvət etməkdir. Qumar bizim dinimizdə də qadağan olunub və normal cəmiyyətlərdə də buna yaxşı baxılmayıb. Hətta Sovet dönəmində belə, o cəmiyyətin mənfi xüsusiyyətlərinə baxmayaraq, belə şeylərə qarşı çox ciddi münasibət var idi. İndiki vaxta insanların buna marağının artmasının bir neçə səbəbi var. Birincisi “poz, qazan” şəbəkələri və ya buna oxşar şəbəkələri üçün yaranmış şərait, ikincisi camaatda müəyyən qədər iqtisadi çətinliklər var və düşünürlər ki, haradansa pul əldə etmək lazımdır. Biri risk etmək üçün oynayır, digəri fikirləşir ki, bəlkə Allah mənə bu yolla pul yetirdi”.

Sosioloq bu oyuna marağın artmasını insanların məşğuliyyətinin olmaması və getdikcə çətinləşən sosial problemlərdə olduğunu bildirib: 

“Əgər əhalinin məşğuliyyəti yüksək səviyyədə olsa, hər kəsdə ciddi və ağıllı işlə məşğul olmaq imkanı olsa, heç “poz, qazan” oyunlarına əhalidə maraq qalmaz. Yəni bekar, işi olmayan, pulu olmayan adamlar bu şəbəkənin inkişafı üçün münbit şərait yarandır və həmin kəslər bu şəraitdən sui-istifadə edərək, poz qazan şəbəkəsini daha da inkişaf etdirirlər. Bunun istər ölkə, istərsə də cəmiyyət üçün nəticələri mənfidir və müsbət heç nə ola bilməz. İstər sosial, istər dini, istərsə də psixoloji tərəfdən çox pis nəticələri olur”.

Əhməd Qəşəmoğlu insanların bu oyunlarda ciddi pullar itirdiyini və bunun da ailədaxili problemlərə yol açdığını deyib: “İnsanlar var ki, bu oyunlarda xeyli vəsait itirir və ailələrində ciddi problemlər yaranır. Bu gərginlik boşanmaya qədər gedib çıxır. Bu qumardır. Bunun adını “poz qazan” qoy, “lalələr” qoy bu yenə də qumardır”. 

“Mən gedən bütün prosesləri izləyirəm, eyni zamanda sosioloqlarla bu məsələləri müzakirə edirik. Bu oyunlar evlərdə çox ciddi gərginlik yaradır. İnsanlar bu kimi oyunlarla məşğul olanda, özlərində psixoloji dəyişiklik baş verir, psixoloji aşınma yaranır. İnsanın xarakteri dəyişir.  Daim gərgin olurlar. Ailədə həmin adamlara münasibət dəyişir. Həmin kişinin anası da, xanımı da ona etiraz edir və yoldaşı ilə yaranan mübahisəni uşaqlar da eşidir və başa düşürlər ki, ataları pis işlə məşğuldur. 

Əgər cekpot 5000, 10000, 20000 manatdırsa, bu qumardır. Bunun başqa adı yoxdur. Kazinolar qadağan olunsa da, bu da qumarın ayrı növüdür. Bununla məşğul olanlar daha çox kişilərdir. 

Birincisi onlarda psixoloji sarsıntı baş verir, ikincisi ailədə nüfuzdan düşürlər, üçüncüsü isə uduzan zaman ailəyə iqtisadi tərəfdən zərər dəyir və bunun nəticəsində  ailələrdə böyük gərginliklər yaranır. Mənəvi dəyərlərə zərər verən istənilən hərəkət ölkədə məhdudlaşmalı və qadağan edilməlidir. Sabah cəmiyyətdə min ailədə belə gərginlik yaranacaqsa, o dörd divar arxanında qalmayacaq və ətrafa yayılacaq. Pul uduzan adam itirdiklərini qazanmaq üçün başqa yollara əl atmağa məcbur qalacaq, kimisi aldadacaq və ya kimdənsə rüşvət alacaq. Əgər mənim səlahiyyətimdə olsaydı, belə şeyləri qadağan edərdim” – deyə o, fikirlərini yekunlaşdırıb.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"