Dövlət quruçu təşkilat sədrini "razborka"ya çağırdı - Susdurmağa çalışdılar, amma...

10 aprel, 2022 00:16

"Bizim yol" qəzetinin 6 aprel tarixli məqaləsindən sonra Azad İstehlakçılar Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) ictimai şurasında "razborkaya" dəvət olundu. İctimai Şuranın saat 16.00-da başlayan iclası 1 saat 40 dəqiqə davam etdi".

Bu sözləri "Sherg.az"a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O, aparılan müzakirələrlə bağlı fikirlərini belə ifadə edib:

"Toplantıda Şuranın bir neçə üzvü , AQTA-nın sədr müavini Rəşad Mafusov, aparat rəhbəri Elxan Mikayılov və bir neçə idarə nümayəndələri var idi. Mövzu həmin məqalədə vurğulanan məsələlər və GMO əleyhinə  ictimai çıxışlarım oldu. Sözügedən istiqamətdə mübahisələr baş verdi. Yığıncaqda cəmiyyət üçün əhəmiyyətsiz, yalnız ictimai təşkilat sədrinə hücumlar, mənasız suallar, onu apardığı işdən geri çəkilmək fikirləri söylənildi. 

Dəfələrlə "nə istəyirsiz onu edin" söylədim. Yanımda kompüter yox idi, hazırlıqsız getmişdim. Sübut etməliydim ki, GMO ilə quşlar, heyvanlar yemlənərsə, insan orqanizminə zərər dəyər. Aparat rəhbəri qarşısındakı kompüterdən cürbəcür mənbələrə əsasən nümunələr gətirdi. Həmin mənbələri soruşanda, heç bir nəticəyə gəlinmədi, susdurmağa çalışdılar. Sədr müavini R.Mafusov iclasda dedi ki,  Eyyub Hüseynov bizə GMO ilə qidalanan heyvanların ətindən və südündən insanların zərər çəkəcəyini isbatlaması üçün toplaşdıq, lakin bunu həyata keçirə bilmədi. Doğrudan da, bacarmadım. Laboratoriyasız, elə bir şəraitdə təsdiqlədə bilməzdim. Kosmosda Ayın üzərində hansısa nöqtəni axtarmağa bərabər idi".

E.Hüseynovun sözlərinə görə, iclasın gedişində aparat rəhbəri özü " Yer üzündə əkilən soyaların 98 faizə qədəri genetik GMO-dur" deyə etiraf etdi:

"GMO  əkinçiliyinin, toxumçuluğunun ölkəmizdə yayılmasına qarşı cənab prezidentin əhəmiyyətli fərmanları mövcuddur. Lakin Azərbaycan  153 ölkənin etdiyi GMO-nun izlənməsinə dair "Kartagen protokolu"nu ratifikasiyalaşdırsa da, həmçinin BMT-nin ətraf mühitin qorunmasına dair konvesiyasına qoşulsa da, ölkəmizdə soyanın əkildiyini dilə gətirdim. Deyirlər, dünyada 2 faiz GMO-suz soya var. Sual verdim, məgər, bütün Yer üzündən Azərbaycana 2 faiz gətirilib? AQTA nümayəndələri "onda quşçuluq, heyvanlıq təsərrüfatlarını yemsiz qoyaq, aclıq başlasın" dedi. Mənasız, elmi əsassız toplantı keçirildi. Yenə mövqeyimi bildirdim, GMO-nun əleyhinəyəm. 25 ildir, AİB istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın üzvüdür. İllər ərzində bir dəfə belə Azərbaycanda istehlakçı hüquqlarının qorunması haqda, GMO barədə mənfi xarakterli hesabat verməmişəm. Gözəl, unikal Azərbaycanımızı aşağılamaq istəməmişəm. Hökumətin belə yanaşması bizi daha yuxarı orqanlara müraciət ünvanlamağa sövq edir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR