Qüdsi Osmanovun diplomat imitasiyasına inanmayın! - Aida Eyvazlı yazır...

10 aprel, 2022 17:21

Diplomat səlahiyyətinin nədən ibarət olduğunu bilməyənlərədir sözüm!

Söhbət ondan gedir ki, əsil diplomatlar öz işlərini görəndə bunu reklam etmirlər. Çünki hər addımları diplomatik olmalıdır. Bu gün ölkənin bəzi saytlarında birşoumen psevdodiplomat bir də ki, öz işini dövlətin və diplomatiyanın tələblərinə uyğun ləyaqətlə görən diplomatik nümayəndəliyimiz haqqında hərcayı fikirlər dolaşdı.

Və dövlətimizin və dövlətçiliyimizin, milli birliyimizin maraqlarının qorunmasını əsas amalım sayan biri kimi bu məsələyə biganə qala bilmədim.
Ukraynanı Rusiya işğala başlayan gündən oradan qaçan insanlarımızın təxliyə olunması haqqında Azərbaycan dövləti yerüstü təxliyəni Anakaradakı diplomatik korpuslarımıza tapşırdığını hamımız bilirik. Həmin gündən etibarən də Ukraynadan Türkiyə tərəfə gələn insanlarımızın 10-minə yaxını    məhz Türkiyədəki diplomatik korpuslarımızın və nümayəndəliklərimizin əməyi hesabına həyata keçirildi.

Moldovaya avtobusları da Türkiyədəki diplomatlarımız göndərdilər. Həmin avtobuslarla qayıdan vətəndaşlarımızı da qeyri vətəndaşlarımızı da Ankaradakı  səfirliyimiz və İstanbuldakı konsulluğumuz qarşılayıb bu günə qədər yola salıblar.

Onların təyyarə biletləri, onların yeyib-içməkləri, onların xəstəxanaya yerləşdirilməsinin hamısı Azərbaycanın vəsaiti ilə, Türkiyədəki diplomatlarımızın hesabına həyata keçirilib. Və bu haqda bu günə kimi Türkiyədəki diplomatlarımız bir şəkil və ya video belə paylaşmayıblar. Çünki onlar bilirlər ki, bu bəlaya düçar olmuş insanların dərdlərindən şou düzəltmək olmaz. Üzərlərinə Azərbaycan dövlətinin və dövlət başçısının qoyduğu vəzifəni icra edirlər.

Avtobusun qabağında balaca uşağı əlinə alıb şou düzəltmək diplomatlıq deyil, artistlik və şoumenlikdir.
Və bir də ki, bu gün bəzi saytlarımızda sürətlə tirajlanan Ankara səfirliyimizi qınayanlaradır sözüm. Mən  o 80 nəfərin bir neçəsi ilə artıq əlaqə saxlaya bildim.

Məlum oldu ki, bu Qüdsi Osmanovun  yeni şousudur.
Adam deyərlər ki, əgər siz Moldovada səfirsinizsə, dünyanın bu qarışıq vaxtında niyə postunuzu qoyub İstanbula və ya Bakıya gəlirsiniz?

Moldovadan sonuncu olaraq yola salınan 80 nəfərin  təyyarə biletinin alınması, onların yola düşməsi üçün şəraitin yaradılmasını Moldovada olan səfir hansı səlahiyyətlə həyata keçirə bilər ki?  Bütün diplomatik qayda və nizamnaməyə görə bu işi həmin ölkədəki  diplomatik nümayəndəlik həyata keçirir.

Bu diplomatın ölkəmizə qarşı təxribatları birmir ki, bitmir. Bu psevdodiplomatın işi-gücü saxta rekalm və dövlətlər arasında gərginlik yaratmaqdan ibarətdir. Rusiyanın hansısa şəhərində keçirilən bir tədbirdə bir azərbaycanlını əlinə mikrofon alıb, Qüdsi Osmanovun çıxışını dayandıraraq, “Ona söz verməyin, o namusuz adamdır...”- deyib, yanında gətirdiyi 15 yaşlı Aybəniz Səmədzadəni göstərməsi videosunu xatırlayırsınızmı? 

Gah da Rusiyanın işğal etsiyi Krıma səfər edib. O Krıma ki, Azərbaycan Dövləti onun müstəqilliyini tanımır. Səfir Q.Osmanovun Krıma səfərindən sonra  Ukraynada onun barəsində cinayət işinin başladılır. Söhbət hansısa adi vətəndaşdan yox, Azərbaycanı Moldovada təmsil edən diplomatdan gedir.

Azərbaycanın Moldovadakı səlahiyyətli və fövqəladə səfiri Qüdsi Osmanovun bu qanunsuz səfərlərini izləyəndə istər-istəməz ağlıma belə bir fikir gəlir: Q.Osmanovun Ukraynaya səfərindən Azərbaycan XİN-in xəbəri olubmu? Və yaxud da səhər tezdən Bakıdan hövlanak İstanbula uçub gəlib  İstanbul aeroportunda Türkiyədə fəaliyyət  göstərən Azərbaycan dipılomatları tərəfindən biletləri alınan vətəndaşlarımızla  şəkil çəkdirnəkdə,  diplomatın fikri nədir görəsən? Yəqin ki, ondan bu gərginliyi niyə yaratdığını soruşan olacaq.

Bu gün Qüdsi Osmanovu qəhrəman kimi təqdim edən  sayt rəhbərləri və media kapitanlarından isə soruşuram ki, Ukraynadan yola çıxıb müxtəlif ölkələrdən Türkiyəyə gılib, sonra, oradan Azərbaycana yola salınan 10 minə qədər  soydaşımızın və ya qeyri sotdaşımızın içərisində bu günə qəddər narazı və şikayətçi olduğu haqında xəbər eşidiblərmi?

Ona görə də Qüdsi Osmanovun diplomat imitasiyasına inanmayın!!!

Müəllif: Aida Eyvazlı

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR