"Lotereya ilə gəlib vəzifədə oturublar" - Deputat məmurları sərt tənqid etdi

11 aprel, 2022 16:04

Deputat Fazil Mustafa Milli Məclisdə "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı gənc məmurları tənqid edib. 

Ölkədə korrupsiyanın azalmamasından gileylənən deputat bəzi gənc məmurları "acgözlük"də ittiham edib: "Qanun məsələsini həll etməmişdən əvvəl mühit problemini həll etməliyik. Şəffaf mühit yaradılmasa, çağırışların təşəbbüslərin faydası olmaz. Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir. Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır. Çünki köhnə məmurlar korrupsiyaya alışıblar. Amma onların gözü yenilərdən daha tox idi".

Deputatın gənc məmurları hədəfə almasının səbəbləri maraq doğurur. Söhbət kimlərdən gedir? Səsləndirdiyi ittihamlar barədə deputatın hansı faktları mövcuddur?

Bu barədə Modern.az-a danışan Fazil Mustafa çıxışına aydınlıq gətirərək, səsləndirdiyi fikirlərin bütün gənclərə şamil edilmədiyini söyləyib: “Bir qrup insan var ki, hökumət telefonunun mahiyyətini bilmir. Yüz dəfə zəng vur, yaxud, bir ay otur zəng vur, telefonu götürməyəcək. Hətta, köməkçi də götürmür ki, zəngi qeyd eləsin. Bir qrup da var ki, qeyd edir, amma cavab vermir. Anlamırlar ki, dövlət vəzifəsi nədir, dövlət məsuliyyəti nədir? 

Lotereya ilə gəlib vəzifədə oturublar. Bəlkə, elə bilirlər ki, kresloda ömürlük oturacaqlar və heç kimi də eşitmək lazım deyil. Bu, geniş yayılmış bir tendensiyadır. Təbii ki, kifayət qədər öz işini bilən cavan kadrlar da var ki, onlar daha məsuliyyətli davranırlar. Onlarla belə kadrlar var, hansısa vəzifəyə qoyublar, məsələn, Miqrasiya Xidməti ilə əlaqə yaratmaq mümkün olur. Yasamal Rayon İcra hakimiyyətilə dərhal əlaqə yaratmaq mümkündür. Bu qurumların rəhbərləri cavan kadrlardır. Məsuliyyətlərini dərk edən insanlardır. Müraciət olunduqda xüsusi reaksiya verirlər. Sonra digər sahələrdə də belə əlaqə yaratmaq mümkün olur”. 

Parlamentari bəzi məmurların deputatları saymadığını söyləyib: "Bir qrup da var ki, heç kimi saymır. Heç deputatı da saymırlar. Bəlkə də onlara kimsə göstəriş verib. Söhbət bizim sözümüzün eşidilməsindən getmir. Söhbət bütövlükdə bu məsələlərə münasibətdən gedir. Münasibətin sağlam olmaması yaxşı ənənə deyil. Bu, dövlətin, vətəndaşın işidir. İş axsayırsa, bunu bərpa etməyin özü də xeyli çətinlik yaradır”. 

F. Mustafa onun telefon zənglərinə cavab verməyən qurumlardan da söz açıb: “Nömrəni verirsən ki, əlaqə saxlasın, iki ay keçir, əlaqə yoxdur. Köməkçisinə deyirsən ki, xahiş edirəm nömrəni götürün, deyərsiniz əlaqə saxlasın, vacib məsələ var, seçicinin problemi var. Görürsən ki, yox, əlaqə saxlamadı. Çünki məsuliyyətini dərk etmir. İndi bizim gücümüz çatmır ki, kiməsə deyək, bu şəxs bura layiq deyil. Hərənin də yəqin ki, bir himayədarı var. Heç kimi saymırlar”. 

Milli Məclis üzvü gənc məmurlara tövsiyələrini də çatdırıb: “Ümumi şəkildə deyirəm, kim vəzifəyə təyin olunursa, ona başa salmaq lazımdır ki, bura uşaq bağçası deyil. Yəni hökumət telefonu cavab vermək, əlaqə yaratmaq üçündür”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR