İran səfirliyi Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib
11 aprel, 2022 19:27
İran səfirliyi “Sepah_Pasdaran” teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Səfirlikdən bununla bağlı araşdırma aparıldığı qeyd edilib.
Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur:
"Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.
Xatırladaq ki, “Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.